Yaponiyanın qara qarpızları: Densuke

İsrail tumsuz qarpızları, Yaponiya isə kub şəkilli qarpızları ilə tanınır… bir dəqiqə… Yaponiyada başqa qəribə qarpız çeşidi də var ki! Qara qarpızlar! Qara qarpızlar (Densuke) Yaponiyada olduqca nadir və bahalı qarpızlardır. Bu qarpızların dadına baxmaq üçün ortalama 250 ABŞ dollarınızdan keçməniz lazımdır. İqlimə və mühitə qarşı çox həssas olan bu qarpızlar ancaq Yaponiyanın Hokkaydo bölgəsində…

Naranın görməli yerləri

NARA – Yaponiyanın Kansay regionunda yerləşən Nara prefekturasının paytaxt şəhəridir. Nara Yaponiyanın qədim şəhərlərindən biridir, 710-784-cü illərdə Yaponiyanın paytaxtı olub. Buna görə də həmin illər Yaponiya tarixində Nara dövrü kimi tanınır. Şəhərin etimologiyası ilə bağlı bir çox nəzəriyyə mövcuddur. Lakin ən çox qəbul olunan nəzəriyyə standart yapon dilində olmayan, lakin Çuqoku və Şikoku regionlarının yerli dialektlərində…

Yaponiyanın ilk zooparkı: Ueno zooparkı

Ueno zooparkı (恩賜上野動物園) Yaponiyanın Tokio şəhərinin Tayto bölgəsində yerləşən zooparkdır. Sahəsi 14,3 hektardır. Tokio Metropolitan Hökuməti tərəfindən idarə olunur. Yaponiyanın ən qədim zooparkıdır. 20 mart 1882-ci ildə açılmışdır. Ueno stansiyasının park çıxışından 5 dəqiqəlik uzaqlıqdadır. Ölkənin ilk monorelsi olan Ueno zooparkı monorelsi parkın şərq və qərb hissələrini əlaqələndirir. Zoopark Ueno parkında yerləşir. Parkda muzeylər, kiçik…

Üzsüz yapon kuklası Sarubobo

Yaponiyada kuklalar olduqca populyardır. Yaponiya kuklaları içində ən məşhuru kimi Daruma kuklalarıdır. Lakin bu dəfə tam fərqli kuklalardan danışmaq istəyirəm. Sarubobo kuklalarından. Sarubobo əsasən Gifu prefekturasının Takayama şəhərində amulet kimi istifadə olunan yapon kukladır. Sarubobo qırmızı, insan formalı kukladır, üzü olmur, müxtəlif ölçülərdə hazırlanır. Ənənəvi olaraq, sarubobolar nənələr tərəfindən nəvələri üçün kukla kimi və ya qızları…

Havay adaları yaponları

Hal-hazırda yaponlar Havay adaları əhalisinin beşdə birini əhatə edir. Onların bura ilk gəlişləri haqqında bir yazı yazmışdım. İndi isə yaponların Havay adalarına ilk rəsmi gəlişləri, Yaponiya ilə Havay adaları arasındakı siyasi münasibətlər haqqında yazmaq istəyirəm. Yaponların İnavaka-maru gəmisi ilə Havay adalarına ilk gəlişindən təxminən 60 il sonra 1866-cı ildə holland əsilli amerikalı Yucin Miller Van…

Yaponların Havay adalarına ilk gəlişi: İnavaka-maru hekayəsi

Yaponiya və Havay adaları deyəndə ağla ən birinci ABŞ-ın İkinci dünya müharibəsinə girməsinə səbəb olan Pörl Harbor hücumu yada düşür. Lakin maraqlıdır ki, məhz Havay adaları etnik baxımdan ABŞ-da yaponların ən çox yaşadığı ştatdır. 2010-cu ilin statistikasına görə Havay adalarında 312.292 yapon yaşayır. Yaponiya ilə Havay adaları arasında 6611 kilometr məsafə və Sakit okean olduğu…

Palçıqdan kürə hazırlama sənəti: Dorodanqo

Yaponlar bəlkə də hər şeyi sənətə çevirən yeganə xalqdır. Adicə palçıq belə onların gözündən qaçmır. Bu yazımda Dorodanqo sənətindən bəhs edəcəm. Dorodanqo ( 泥だんご ) yapon dilindən tərcümədə “palçıqdan xəmir” deməkdir. Bu sənət torpaqdan və sudan istifadə edərək bilyard şarını xatırladan kürə əmələ gətirməkdən ibarət olan yapon sənətidir. Bu sənət 2001-ci ildə populyar olmağa başlamışdır. Burada əsas məsələ torpaqla…

Boston marafonunu udan ilk yapon

İkinci dünya müharibəsinin başa çatmasından sonra dünya ictimaiyyətinin Yaponiya və yaponlara münasibəti qarışıq idi. Kimisi nifrət etməyə davam edirdi, kimisi isə yaponlara qarşı fikirlərini yavaş-yavaş dəyişirdi. Bax tam bu ərəfədə sonuncu prosesi sürətləndirən bir hadisə baş verdi. Amerikanın marafon şəhəri Bostonda özü də. Bu hadisənin baş qəhrəmanı isə Şiqeki Tanaka idi. 1945-ci ildə Hiroşimaya atom bombası…

Qibli muzeyi

Yaponiyada anime istehsalı ilə məşğul olan xeyli studiya var. Xüsusilə fikir vermişəm ki, son illərdə onların sayında xeyli artış var. İndiki anime istehsalçılarının çox azı köklü tarixə malikdir. Lakin animeyə bələd olan hər bir şəxs Studio Ghibli-nin gücündən xəbərdardır. Bu studiyanın məşhurluğu onlar üçün bir muzeyin də açılmasını səbəb olub)). Qibli muzeyi Yaponiyanın Tokio şəhərinin…

Film #01: My Way

Bu dəfə 2011-ci il istehsalı, bu yaxınlarda baxdığım və bəyəndiyim Cənubi Koreya istehsalı “My Way”, azərbaycanca “Mənim yolum” filmindən bəhs edəcəm. Bu film haqqında ilk məlumatı SSRİ-dəki yapon müharibə əsirlərini araşdırarkən qabağıma çıxmışdı. Orijinal adı Maiwei Rejissor Kan Ceqyu Rollarda Çan Don Qon, Coe Odoqiri, Fan Binbin Tarix 21 dekabr 2011 Müddət 119 dəqiqə Ölkə…