Üzsüz yapon kuklası Sarubobo

Yaponiyada kuklalar olduqca populyardır. Yaponiya kuklaları içində ən məşhuru kimi Daruma kuklalarıdır. Lakin bu dəfə tam fərqli kuklalardan danışmaq istəyirəm. Sarubobo kuklalarından. Sarubobo əsasən Gifu prefekturasının Takayama şəhərində amulet kimi istifadə olunan yapon kukladır. Sarubobo qırmızı, insan formalı kukladır, üzü olmur, müxtəlif ölçülərdə hazırlanır. Ənənəvi olaraq, sarubobolar nənələr tərəfindən nəvələri üçün kukla kimi və ya qızları... Continue Reading →

Havay adaları yaponları

Hal-hazırda yaponlar Havay adaları əhalisinin beşdə birini əhatə edir. Onların bura ilk gəlişləri haqqında bir yazı yazmışdım. İndi isə yaponların Havay adalarına ilk rəsmi gəlişləri, Yaponiya ilə Havay adaları arasındakı siyasi münasibətlər haqqında yazmaq istəyirəm. Yaponların İnavaka-maru gəmisi ilə Havay adalarına ilk gəlişindən təxminən 60 il sonra 1866-cı ildə holland əsilli amerikalı Yucin Miller Van... Continue Reading →

Yaponların Havay adalarına ilk gəlişi: İnavaka-maru hekayəsi

Yaponiya və Havay adaları deyəndə ağla ən birinci ABŞ-ın İkinci dünya müharibəsinə girməsinə səbəb olan Pörl Harbor hücumu yada düşür. Lakin maraqlıdır ki, məhz Havay adaları etnik baxımdan ABŞ-da yaponların ən çox yaşadığı ştatdır. 2010-cu ilin statistikasına görə Havay adalarında 312.292 yapon yaşayır. Yaponiya ilə Havay adaları arasında 6611 kilometr məsafə və Sakit okean olduğu... Continue Reading →

Palçıqdan kürə hazırlama sənəti: Dorodanqo

Yaponlar bəlkə də hər şeyi sənətə çevirən yeganə xalqdır. Adicə palçıq belə onların gözündən qaçmır. Bu yazımda Dorodanqo sənətindən bəhs edəcəm. Dorodanqo ( 泥だんご ) yapon dilindən tərcümədə "palçıqdan xəmir" deməkdir. Bu sənət torpaqdan və sudan istifadə edərək bilyard şarını xatırladan kürə əmələ gətirməkdən ibarət olan yapon sənətidir. Bu sənət 2001-ci ildə populyar olmağa başlamışdır. Burada əsas məsələ torpaqla... Continue Reading →

Boston marafonunu udan ilk yapon

İkinci dünya müharibəsinin başa çatmasından sonra dünya ictimaiyyətinin Yaponiya və yaponlara münasibəti qarışıq idi. Kimisi nifrət etməyə davam edirdi, kimisi isə yaponlara qarşı fikirlərini yavaş-yavaş dəyişirdi. Bax tam bu ərəfədə sonuncu prosesi sürətləndirən bir hadisə baş verdi. Amerikanın marafon şəhəri Bostonda özü də. Bu hadisənin baş qəhrəmanı isə Şiqeki Tanaka idi. 1945-ci ildə Hiroşimaya atom bombası... Continue Reading →

Qibli muzeyi

Yaponiyada anime istehsalı ilə məşğul olan xeyli studiya var. Xüsusilə fikir vermişəm ki, son illərdə onların sayında xeyli artış var. İndiki anime istehsalçılarının çox azı köklü tarixə malikdir. Lakin animeyə bələd olan hər bir şəxs Studio Ghibli-nin gücündən xəbərdardır. Bu studiyanın məşhurluğu onlar üçün bir muzeyin də açılmasını səbəb olub)). Qibli muzeyi Yaponiyanın Tokio şəhərinin... Continue Reading →

Yapon dilində holland mənşəli sözlər

Yapon dilində holland mənşəli sözlərin olması heç də təəccüblü hal deyil. Düzdür, yaponların təmasda olduqları ilk avropalılar portuqallar olsa da, hollandlar Yaponiyada daha böyük təsirə malik olmuşdular. Yapon dilində holland mənşəli sözlər Hollandiya Ost-İnd şirkətinin 1609-cu ildə Hiradoda fabrik açıb Yaponiya ilə ticarət etməsindən sonra peyda olmağa başlamışdır. 1640-cı ildə hollandlar Decimaya köçürülmüş və Yaponiyanın... Continue Reading →

SSRİ-də yapon müharibə əsirləri

Anama ilk dəfə SSRİ-dəki yapon müharibə əsirləri haqqında söhbət açanda anam təəccüblənmişdi. Anam SSRİ adamı idi, düşünmüşdüm ki, bu mövzu haqqında yəqin məlumatı olacaq. Lakin başa düşdüm ki, SSRİ hətta indi mənim üçün çox asan əlçatan olan məlumatları o vaxt çox yaxşı gizlədə bilirmiş. Bu yazımda İkinci dünya müharibəsindən sonra SSRİ tərəfindən tutulan yapon müharibə... Continue Reading →

Yaponiyanın nüvə silahı proqramı

İkinci dünya müharibəsi sadəcə silahların deyil, elmi və texnologiyanın da döyüşdürüldüyü böyük bir mübarizə meydanı idi. Nüvənin daxilindəki enerjinin silah potensialının kəşfi ilə müharibənin başlanğıcının eyni vaxta düşməsi sanki nəyəsə işarə idi. Çoxuna məlumdur ki, bu məhvedici silahı ilk istifadə edən amerikalılar oldular. Amma həmin yolda onlar tək irəliləmirdilər. Bu məqaləmdə çoxunun xəbərsiz olduğu Yaponiyanın... Continue Reading →

WordPress.com Bloqu.

Yuxarı ↑

WordPress.com-da yeni veb saytını yarat
Başla: