Film: My Way

Bu dəfə 2011-ci il istehsalı, bu yaxınlarda baxdığım və bəyəndiyim Cənubi Koreya istehsalı “My Way”, azərbaycanca “Mənim yolum” filmindən bəhs edəcəm. Bu film haqqında ilk məlumatı SSRİ-dəki yapon müharibə əsirlərini araşdırarkən qabağıma çıxmışdı.

Orijinal adıMaiwei
RejissorKan Ceqyu
RollardaÇan Don Qon, Coe Odoqiri, Fan Binbin
Tarix21 dekabr 2011
Müddət119 dəqiqə
ÖlkəCənubi Koreya
Dillərkoreyaca, yaponca, rusca, almanca, çincə, ingiliscə

Filmin mövzusu: İkinci dünya müharibəsi ərəfəsində Mancuriya və Koreya Yaponiya işğalı altında ikən bir yapon zabitinin nəvəsi Tatsuo Haseqava (Coe Odaqiri) ailəsi ilə birlikdə Koreyaya babasının yanına gəlir. Babasının evində xidmətçilik edən Kim ailəsinin oğlu Cunşik də Tatsuo kimi yaxşı atletdir. Bir mərasim zamanı Tatsuonun babasına hədiyyə paketi deyə göndərilən paketi Cunşikin atası gətirir. Paketdəki bomba kimsəyə zərər verməsin deyə üstünə tullanan Tatsuonun atası onun gözləri qabağında ölür. Tatsuo Cunşikin atasının bundan məsuliyyət daşıdığını bildirərək onu və ailəsini günahlandırır.

İllər keçir, Tatsuo uğurlu atlet olur, ailəsinin köməyi ilə Berlin Universitetinə qəbul edilir, lakin babasının yolu ilə gedib əsgər olmaq istəyir. Cunşik isə araba çəkməklə məşğul olaraq pul qazanır. Bir şəkildə olimpiya oyunlarının seçmə mərhələsinə dəvət edilir və yarışda Tatsuonu keçir. Bütün koreyalılar sevinir, amma işğalçı yaponların komitəsi onu diskalifikasiya edir, ortada dava düşür. Cunşik və dostları məhkəmə qərarı ilə SSRİ ilə döyüşmək üçün Nomonhana göndərilirlər. Eyni diviziyaya Tatsuo da göndərilir.

Əsas hekayə bundan sonra başlayır. Qəhrəmanlar Nomonhanda Yapon-SSRİ mübarizəsində, Sibirdəki əsir düşərgəsində, Stalinqradda və Normandiyada drammatik anlar yaşayırlar.

Filmi çox bəyəndim. Müharibə səhnələri inanılmaz dərəcədə realistik idi mənim fikrimcə. Filmin əvvəlində “real hadisələrə əsaslanır” sözləri yazılsa da, detallarla maraqlananda bir çox şeyin yerində olmadığını gördüm. Birincisi, real həyatda sözükeçən koreyalı atletin adı Kim Cunşik deyil, Yan Kyoncondur. Filmdə də deyildiyi kimi, amerikalılar onu Normandiya əməliyyatı zamanı almanların tərəfində döyüşərkən tutmuşdular. Lakin həmin koreyalının şəxsiyyəti dəqiq müəyyənləşdirilməyib və onun 3 orduda – Vermaxt, Qızıl ordu və İmperiya ordusunda döyüşməsi faktı hələki sübut olunmayıb. Məncə bu haqda ayrıca məqalə yazmaq olar)) Hə, bir də, onun real həyatda atlet olması haqqında da məlumat tapmadım. Onun yaxın dostu Tatsuo Haseqava isə ümumiyyətlə uydurulmuş personajdır və ortada elə bir şəxsiyyət olmayıb. Ümumiyyətlə, hər nə qədər filmin real hadisələrə əsaslandığı yazılsa da, bir çox personajın və hadisənin reallıqla uyğunlaşmadığını düşünürəm.

Filmdə bəzi anlaya bilmədiyim absurd şeylər də var. Məsələn, Cunşikin dostları ilə qaçarkən Sovet tanklarını görüb xəbərdar etmək üçün qayıtdığı səhnə. Sən Sovet tanklarından nə qədər sürətlisən ki, vaxtında ordunu xəbərdar edəcəksən ki? Sırf personajı fədakar göstərmək və hekayənin bitməməsi üçün qurulmuş bir səhnə idi. Ya da onun əsirlikdə tapdığı çinli qız Şirayın bir snayper zərbəsi ilə Sovet qırıcısını yerə saldığı an. Bu arada, Şiray personajının bu qədər az görünməsinə baxmayaraq onu canlandıran aktrisa Fan Binbinin sırf məşhurluğuna görə və filmi reklam etmə potensialına görə cast siyahısında daim adının soxuşdurulması…

Filmin axırında da absurd bir səhnə var. Cunşik öləndə buna öz madalyonunu verir ki, bəs özünə mənim adımı götür, yapon olsan, səni öldürə bilərlər. Tatsuo da onun adını götürür, hətta müharibədən sonra marafona zada bu adla qatılır. Qardaş, bir dənə madalyon ilə hər kəsdən maskalanıb adını necə dəyişdirdin axı? Sən Yaponiyanın tanınmış atleti idin axı, neujeli kimsə çıxıb “aa bu Tatsuo”du demədi? Nəysə.

Cunşik ilə Tatsuonun münasibətləri filmdə çox qəribə inkişaf etdi. Filmin yarısından çoxunda bir-birinə amansız düşmənə çevrilən bu cütlük, filmin axırlarına yaxın əsl qardaş oldular. Cunşik filmin tam başından düşmənçiliyə meyilli deyildi, meyilli olan Tatsuo idi və onun fikrini dəyişdirmək ancaq nasistlərlə döyüşdən sonra mümkün oldu. Amma məncə rejissor bizə Tatsuo ilə Cunşikin münasibətlərinin necə normallaşdığını yaxşı çatdıra bilməyib. Nədənsə mən bu qardaşlaşmanın çox ani baş verdiyini hiss edirəm.

Əsir düşərgəsindəki atmosfera əla idi məncə. Sovet düşərgələrindəki yapon əsirlər haqqında oxumuşdum və belə izləmək lap təəssüratımı gücləndirdi. Normaniya əməliyyatı səhnəsi də gözəl idi. Bir anlıq “Saving Private Ryan” filmindəki ilk səhnə yadıma düşdü)).

Əlavə məlumatlar ki, deyim ki, film Cənubi Koreya tarixində ən yüksək büdcə ilə çəkilmiş filmdi. Baxmamış elə filmin effektlərindən bunun başa düşdüm. Təxminən 28 milyon dollara çəkilib. Amma di gəl ki, gəliri çox yaxşı olmayıb. Film 39-cu Saturn mükafatında “Ən yaxşı beynəlxalq film” nominasiyasında da yarışıb, amma Norveç istehsalı və Yu Nesbönün eyni adlı romanı əsasında çəkilən “Headhunters” filminə uduzub.

Filmi izləməyi tövsiyyə edirəm ))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma