Palçıqdan kürə hazırlama sənəti: Dorodanqo

Yaponlar bəlkə də hər şeyi sənətə çevirən yeganə xalqdır. Adicə palçıq belə onların gözündən qaçmır. Bu yazımda Dorodanqo sənətindən bəhs edəcəm.

Dorodanqo ( 泥だんご ) yapon dilindən tərcümədə “palçıqdan xəmir” deməkdir. Bu sənət torpaqdan və sudan istifadə edərək bilyard şarını xatırladan kürə əmələ gətirməkdən ibarət olan yapon sənətidir. Bu sənət 2001-ci ildə populyar olmağa başlamışdır. Burada əsas məsələ torpaqla təmasdır. Əsasən məktəblərdə uşaqlara hobbi kimi öyrədilirdi. Lakin daha sonra dünyada məşhurlaşmağa başlayan yapon sənətinə çevrildi. Bu sənətlə məşğul olanlar rahatladıqlarını bildirirlər.

Yaponlar torpaqla təmasda olaraq ondan müxtəlif top formalarını xatırladacaq fiqurlar hazırlayırlar. Hazırlanan fiqurlar palçıqdan hazırlanır. Bu bir növ duluşçuluq sənətini xatırladır.

Əvvəlcə bir miqdar torpaq götürülür və o bütünlüklə kiçik daşlardan, sərt hissəciklərdən təmizlənir. Narın qum bir qədər nəm halında ovuc arasında yoğrulur. Bununla ona forma verilir. Təxminən 20-30 dəqiqəyə qədər davam edən prosesin sonunda artıq tamamilə yumuru hal almış palçıq plastik paketlərə qoyularaq qurudulur.

Xüsusilə günəş şüaları altında qurudulmasına üstünlük verilir. Quruduqca daha da top forması alır. 20 dəqiqə qurudulduqdan sonra həmin fiqurlar müxtəlif yağlı boyalarla bəzədilir. Üzərinə müxtəlif naxışlar vurula bilər. Bu daşlar yaponlar üçün rahatladıcı xüsusiyyətə malik əşyalar sırasındadır və dəyərlidir.

Dorodanqo hazırlamaq istəyirsizsə, daha ətraflı WikiHow saytından məlumat ala bilərsiz))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma