Yaponların Havay adalarına ilk gəlişi: İnavaka-maru hekayəsi

Yaponiya və Havay adaları deyəndə ağla ən birinci ABŞ-ın İkinci dünya müharibəsinə girməsinə səbəb olan Pörl Harbor hücumu yada düşür. Lakin maraqlıdır ki, məhz Havay adaları etnik baxımdan ABŞ-da yaponların ən çox yaşadığı ştatdır. 2010-cu ilin statistikasına görə Havay adalarında 312.292 yapon yaşayır. Yaponiya ilə Havay adaları arasında 6611 kilometr məsafə və Sakit okean olduğu üçün bu iki ölkənin tanışlığı nisbətən gec – 1806-cı ildə baş tutmuşdu. Həm də təsadüf nəticəsində İnavaka-maru adlı gəminin fırtınaya düşməsi səbəbilə…

Mansuke Motoyaya məxsus olan balaca ticarət gəmisi İnavaka-maru 1798-ci ildə Osakada tikilmişdi. İnavaka-maru sonuncu səyahətinə 7 noyabr 1805-ci ildə Hiroşimadan Edoya (müasir Tokio) doğru başladı. Gəmisi Kikkava klanı tərəfindən döşək, at yemi və iki sərnişinin çatdırılması üçün tutulmuşdu. Gəmi heyəti kapitan Niinaya Qinzo, usta İçiko Sadaqoro, dənizçilər Hirahara Zenmatsu, Akzaki Matsuciro, Yumori Kasoci və Vasazodan ibarət idi. İnavaka-maru yenidən qayıtmalı idi və səyahətinə 27 noyabrda yenidən başlamışdır. Gəmi 21 dekabrda Edoya çatmış, evə çatmaq üçün Kanaqava, Uraqa və Şimodada dayanmışdır. 6 yanvar 1806-cı ildə Enşunada dənizi boyunca Şimodadan yola düşmüşdür.

Gəmi qar fırtınası ilə üzləşmiş, yağış və külək gəmini Sakit okeanın şərqinə doğru aparmışdır. 7 yanvarda gəmi heyəti güclü küləyə görə dorağacını kəsmişdir. 11 yanvarda iki qayalı ada görülmüş, lakin onlara çatmaq üçün cəhd edilməmişdir. Bu, Havay adalarından öncə heyətin gördüyü son torpaqlar idi. 20 yanvarda su ehtiyatı bitsə də, yağış suyunu toplamağa başladılar. 28 fevralda düyü ehtiyatı da bitmişdir. 15 martda bir uçan balıq gəminin göyərtəsinə enmiş, heyət sağ qalmaq üçün balıq ovlamağa başlamışdır. 20 martda Kornelius Solun kapitanı olduğu ABŞ gəmisi Tabour gəmi heyətini xilas etmişdir. O, onların ağızlarını və qarınlarını işarə edərək ondan yemək yalvardıqlarını görmüş, gəminin yemək ehtiyatının bitdiyini öyrənəndən sonra onların vəziyyətini dərk etmişdir. Kapitan Sol onları əvvəlki normal gündəlik yeməyə yenidən öyrəşdirmək üçün 5 gün boyunca onlara yeməyi kiçik porsiyalarda vermişdir. 5 may 1806-cı ildə Tabour Havay adalarının Oahu adasına çatmışdır. Kapitan Sol gəmidəki 8 yaponu da kral I Kamehamenin öhdəsinə vermişdir. Kapitan Sol kralın qonaqpərvərliyinin qarşılığında ona İnavaka-marunun lövbərini, 40 baltanı və digər əşyaları vermişdir.

Kral 6 mayda Kalanimokuya 50 adam yığıb yaponlar üçün ev tikdirməsini əmr etmişdir. Evin tikilməsi 4 gün çəkmiş, ev üçün bir aşbaz və iki mühafizəçi ayrılmışdır. Yerli əhali fərqli millətdən olan bu şəxsləri görmək üçün evin ətrafına axışmışdır. 17 avqustda yaponlar Perseverance gəmisi ilə Makaoya yola düşmüş, 17 oktyabrda ora çatmışdırlar. Burdan onları bir Çin gəmisi 25 dekabrda Cakartaya gətirmişdir. Cakartada onlar xəstələnmiş, 5-i burda və ya Naqasakiyə gedən yolda ölmüşdür. Gəmi 17 iyun 1807-ci ildə Naqasakiyə çatanda yenə biri ölmüşdür. Sakoku dövrü olduğu üçün Yaponiyanı tərk etmək qadağan idi. Buna görə də sağ qalan son iki nəfər həbs olunmuş və sorğulanmışdır. Biri intihar etmiş, son sağ qalan Hirahara Zenmatsu nəhayət 29 noyabr 1807-ci ildə evinə çatmışdır. Hiroşima daymyosu Asano Narikata onu çağırmış, hekayəsini “Iban Hyoryu Kikokuroku Zenmatsu” adı altında qeyd etmişdir. Hirahara Zenmatsu 6 ay sonra ölmüşdür.

Yaponların Havay adalarına gəlişi ancaq 60 il sonra baş tutacaqdı…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma