Havay adaları yaponları

Hal-hazırda yaponlar Havay adaları əhalisinin beşdə birini əhatə edir. Onların bura ilk gəlişləri haqqında bir yazı yazmışdım. İndi isə yaponların Havay adalarına ilk rəsmi gəlişləri, Yaponiya ilə Havay adaları arasındakı siyasi münasibətlər haqqında yazmaq istəyirəm.

Yaponların İnavaka-maru gəmisi ilə Havay adalarına ilk gəlişindən təxminən 60 il sonra 1866-cı ildə holland əsilli amerikalı Yucin Miller Van Rid Havay krallığının nümayəndəsi kimi Yaponiyaya gəlmişdir. O, rəsmi Havay-Yaponiya münasibətlərinin qurulmasına nail ola bilməsə də, tacir kimi burada qalmağa davam etmiş və Edo şoqunluğundan yaponların miqrasiyası üçün icazə almışdır. Miqrasiya üçün insan toplamağa başlayandan 1867-ci ildə Meyci hökuməti qurulmuş və Meyci dövrünün ilk ilində Edo şoqunluğunun bütün müqavilələri ləğv olunmuşdur (yeni hökumətin Ridin miqrasiya icazəsini ləğv etməsinin səbəblərindən biri də adının kölə ticarəti ilə hallanması idi. Misal üçün, ABŞ-dakı təhsili Van Rid tərəfindən təşkil olunan Korekiyo Takahaşi sonda qonaq olduğu ailə tərəfindən kölə kimi satılmışdır. Lakin o, Yaponiyaya qayıda bilmiş, ölkənin 20-ci baş naziri olmuşdur). Lakin Van Rid yeni hökumətin icazəsi olmadan 153 yaponu Havay adalarına şəkər plantasiyalarında işləməyə göndərmişdir. Onlar Scioto adlı gəmi ilə 17 may 1868-ci ildə Yohohamadan Honoluluya yolda düşmüş, 19 iyunda hədəfə çatmışdırlar. Yapon immiqrantların ilk rəsmi qrupu “Qannenmono”, yəni “ilk ilin insanları” (Meyci dövrünün) adlanır. 2018-ci ildə Havay adalarında onların gəlişinin 150 illiyi qeyd olunmuşdur.

Bu ilk qrupda 142 kişi, 6 qadın var idi. Buna görə də onların çoxu Havay adalarına çatandan sonra havaylılarla evlənmişdirlər. Onlar Oahu, Mauy, Kauay və Lanaydakı şəkər plantasiyalarında işləyirdirlər. İki və ay üç ay sonra onların çoxu iş şəraitindən və vəd olunan ödənişin edilməməsindən şikayət etməyə başlamışdırlar. Qadınlardan 4-ü, kişilərdən isə 50-si 1870-ci ildə Yaponiyaya qayıtmışdır. Yeddisi müqavilələri başa çatmamış ölmüşdür. Lakin onların arasında bəzi insanlar Havay adalarındakı ABŞ yaponları arasında məşhurlaşmışdır: qrupun lideri Tomitaro Makino, qrupun ən gənc üzvü, 13 yaşlı İçiqoro İşimura, okayamalı samuray, Mauyda ölərkən 102 yaşında olan Sentaro İşii, Vaypio dərəsində havaylı həyat yoldaşı Klara ilə yaşayan tokiolu Tokuciro “Toko” Sato və Yaponiyanın Havay Krallığındakı ilk konsul generalı olan Taro Ando.

1869-1885-ci illərdə Yaponiya hökuməti Havay adalarına imiqrasiyanı qadağan etmişdi, çünki hökumət düşünür ki, yapon işçilər yapon irqinin nüfuzunu aşağı salacaqlar. 1881-ci ildə Havay kralı David Kalakaua iki ölkə arasındakı münasibətləri gücləndirmək üçün Yaponiyanı ziyarət etmişdir. Kral Yaponiyadan eksterritoriallığı tələb etməməyi təklif etmişdir. 10 martda Kalakau İmperator Meyci ilə görüşmüş, Şahzadə Viktoriya ilə Şahzadə Hiqaşifuşimi Yorihito arasında evlilik təklif etmişdir. Bir neçə gün sonra təklif rədd edilmiş, lakin 1885-ci ildə imiqrasiya qadağası ləğv olunmuşdur. 153 yapon imiqrantdan ibarət ilk qrup şəkər və ananas plantasiyalarında işləmək üçün 8 fevral 1885-ci ildə Havay adalarına çatmışdır.

XIX əsrin sonlarında Havay adalarında yeni inqilablar başlamışdır. 1887-ci ildə sakinlər kralın mütləq hakimiyyətinə son vermiş, onu Beyonet kontitusiyasını və güclü parlamentdə malik konstitusiyalı hökumət təşkil etməyə məcbur etmişdirlər. Yeni konstitusiya ancaq havaylılara, amerikalılara, avropalılara səsvermə hüququ vermiş, yaponlar və digər asiyalar bu hüquqdan məhrum olmuşdurlar. Yapon komissarlığı kontitusiyada dəyişiklik edərək yaponların hüquqlarının bərpa edilməsi üçün cəhdlər etmişdir. 1893-cü ildə Havay adalarında monarxiya ləğv edilmişdir. Tokio buna kapitan Toqo Heyhaçironu Havay adalarındakı Yaponiya donanma fəaliyyətlərinə komandirlik etməklə vəzifələndirmişdir. HIJMS Naniwa gəmisi təlimdə olan HIJMS Kongo ilə görüşmək üçün dərhal Havay adalarına göndərilmişdir.

Kapitan Toqo daha öncə Kalakauanın qonağı olmuşdu, buna görə sonuncu kralın bacısı və xələfi olan Kraliça Lidiya Liliuokalaninin taxtdan imtina etməsinə qarşı gəlmək və “kanoner diplomatiyası”ndan istifadə etmək üçün Havay adalarına qayıtmışdır. Yapon komissarlığı sonda Toqonun etirazını dayandırmışdır, çünki bunun yaponların hüquqlarının bərpa edilməsinə mane olmasından ehtiyat etmişdir. Daha sonra Kato Kanci daha sərt etiraz etmədiyinə, hətta etiraza britaniyalıları da cəlb etmədiyi üçün peşman olduğunu yazmışdır.

Yaponiya donanmasının təzyiqi və Yaponiya hökumətinin taxtdan imtinaya qarşı olması Yaponiyanın hərbi gücdən istifadə edərək monarxiyanı bərpa etməyə və ölkəni Yaponiya kuklasına çevirməyə cəhd etməsi barədə narahatçılıq yaratmışdır. Havay adalarındakı antiyapon hərəkat daha da güclənmişdir.

30 aprel 1900-cü il tarixindən sonra Havay adalarında doğulan uşaqların hamısı doğuşdan ABŞ vətəndaşı olmuşdur. Yapon uşaqların çoxunun ikili vətəndaşlığı var idi. ABŞ-dakı ilk yapon məktəblər Havay adalarında açılmışdır. 1920-ci ilə kimi Havay adalarındakı yapon uşaqların 98%-i yapon məktəblərində oxumuşdur. 1934-cü ilin statistikasına görə 183 məktəbdə 41.192 şagird oxuyurdu.

Hazırda Havay adalarındakı yapon məktəbləri dövlət tərəfindən tələb olunan məcburi təhsilin ən yüksək pilləsi olan tamamlayıcı təhsili də verir. Havay Yapon Məktəbi “Rainbow Gakuen” həftəsonu tamamlayıcı yapon məktəbidir. Honoluludakı Kaymuki orta məktəbində sinifləri və Honoluludakı başqa bir binada ofisləri var.

Hazırda yaponlar Havay adaları əhalisinin beşdə birini təşkil edirlər. Yapon dili adaların əsas dilidir, buradakı müxtəlif etnik qruplar tərəfindən istifadə olunur və öyrənilir. Özəl yapon dili məktəblərinin 2-ci sinfində yapon dili öyrədilməyə başlanır. Gələn bir çox yapon turistə asan olsun deyə ictimai nəqliyyatda, yer nişanlarında və mülki binalarda yapon dilindən də istifadə olunur. Havay adalarında yerli yapondilli qəzet və jurnallar azdır, lakin onlara olan maraq getdikcə azalır. Turistlərin gəldiyi dükanlarda tez-tez yapondilli personel olur. ABŞ-la olan müttəfiqliklərini nümayiş etdirmək üçün bir çox nisey və sansey bilərəkdən yapon dilini öyrənməkdən yayınır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma