Üzsüz yapon kuklası Sarubobo

Yaponiyada kuklalar olduqca populyardır. Yaponiya kuklaları içində ən məşhuru kimi Daruma kuklalarıdır. Lakin bu dəfə tam fərqli kuklalardan danışmaq istəyirəm. Sarubobo kuklalarından.

Sarubobo əsasən Gifu prefekturasının Takayama şəhərində amulet kimi istifadə olunan yapon kukladır. Sarubobo qırmızı, insan formalı kukladır, üzü olmur, müxtəlif ölçülərdə hazırlanır. Ənənəvi olaraq, sarubobolar nənələr tərəfindən nəvələri üçün kukla kimi və ya qızları üçün yaxşı evlilik, yaxşı uşaqlar gətirməsi üçün hazırlanır. Bundan əlavə, tamamilə fərqli formada “tobibobo” adlı sarubobo da var.

Sarubobo ( さるぼぼ) yapon dilindən tərcümədə “körpə meymun” deməkdir. “Saru” yaponca “meymun”, “bobo” isə yerli Takayama dialektində “körpə” deməkdir.

Sarubobo adının etimologiyası üçün başqa versiyalar da var. Sarubobo üç arzu ilə əlaqələndirilir:

  • Bəd şeylərdən qorunma: yapon dilində “saru” həm də “çıxmaq” kimi tərcümə olunur, bəd şeylərin “çıxmasına” işarədir.
  • Xoşbəxt ev, yaxşı oyun: yapon dilində xoşbəxt ev “kanai enman”, yaxşı oyun isə “ryo-en” deməkdir. “Saru” sözünü deməyin digər yolu isə “en”dir.
  • Asan doğum: meymunlar doğumu insanlara nəzərən daha asan keçir.

Sarubobonun üzü ənənəvi olaraq körpə meymunlar kimi qırmızı rəngdədir. Başqa versiyaya görə isə Edo dövründə yaponlar qırmızı rəngin şeytandan qoruduğuna inanırdılar.

Sarubobo kuklalarının adətən üz detalları olmur. Bunun səbəbi aydın deyil, lakin versiyalar mövcuddur. Bir versiya odur ki, sarubobolar paltarların sol parçasından və qohumlar tərəfindən hazırlanırdı, buna görə də əlavə detallara ehtiyac duyulmurdu.

Başqa versiyaya görə isə üzün yoxluğu sahibinə ona təsəvvür etmək imkanı verir. Sahibi kədərli olanda, o, sarubobonu da kədərli təsəvvür edə bilər. Takayama xalqı tərəfindən nəql olunan bir hekayəyə görə bu kuklaların üzsüz olmasının səbəbi İkinci dünya müharibəsi dövründə hazırlanmasıdır. Analar bu dövrlərin çətin olduğunu bilirdilər, lakin kuklalara kədərli üzlər vermək istəmirdilər. Buna görə üzsüz hazırlayırdılar.

Müasir dövrdə sarubobo Takayamada populyar suvenirdir, dükanlarda müxtəlif rənglərdə və formalarda sarubobolar tapmaq olar, lakin ənənəvi olaraq, qırmızı rəngdə və qara paltarlı olur. Hətta Hello Kitty forması geyinmiş sarubobolar da mövcuddur. Sarubobolardan açarlıq kimi dəfə istifadə olunur.

Müxtəlif rəngli saruboboların hərəsinin öz mənası var:

  • Qırmızı sarubobo – evlilikdə və uşaq doğmada uğur gətirmək üçündür.
  • Göy sarubobo – təhsildə uğur gətirməsi üçündür.
  • Çəhrayı sarubobo – sevgidə uğur gətirməsi üçündür.
  • Yaşıl sarubobo – sağlamlıqda uğur gətirməsi üçündür.
  • Sarı sarubobo – pulda uğur gətirməsi üçündür.
  • Qara sarubobo – uğursuzluğu qovmaq üçündür.
  • Qızıl sarubobo – qumar oyunlarında uğur gətirməsi üçündür.
  • Bənövşəyi sarubobo – uzunömürlülük gətirməsi üçündür.
  • Gümüş sarubobo – dostluqda uğur gətirməsi üçündür.
  • Narıncı sarubobo – yeni evlilərə uğur gətirməsi üçündür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma