Yaponiyanın qara qarpızları | Densuke

İsrail tumsuz qarpızları, Yaponiya isə kub şəkilli qarpızları ilə tanınır… bir dəqiqə… Yaponiyada başqa qəribə qarpız çeşidi də var ki! Qara qarpızlar! Qara qarpızlar (Densuke) Yaponiyada olduqca nadir və bahalı qarpızlardır. Bu qarpızların dadına baxmaq üçün ortalama 250 ABŞ dollarınızdan keçməniz lazımdır. İqlimə və mühitə qarşı çox həssas olan bu qarpızlar ancaq Yaponiyanın Hokkaydo bölgəsində yetişir və dadına baxanlar bildirirlər ki, adi qarpızlardan daha şirindir … Yaponiyanın qara qarpızları | Densuke oxumağa davam et

Naranın görməli yerləri

NARA – Yaponiyanın Kansay regionunda yerləşən Nara prefekturasının paytaxt şəhəridir. Nara Yaponiyanın qədim şəhərlərindən biridir, 710-784-cü illərdə Yaponiyanın paytaxtı olub. Buna görə də həmin illər Yaponiya tarixində Nara dövrü kimi tanınır. Şəhərin etimologiyası ilə bağlı bir çox nəzəriyyə mövcuddur. Lakin ən çox qəbul olunan nəzəriyyə standart yapon dilində olmayan, lakin Çuqoku və Şikoku regionlarının yerli dialektlərində “düz yer” mənasını verən “naru” sözündən yaranmasıdır. Şəhərin coğrafiyası da … Naranın görməli yerləri oxumağa davam et

Yaponiyanın ilk zooparkı | Ueno zooparkı

Ueno zooparkı (恩賜上野動物園) Yaponiyanın Tokio şəhərinin Tayto bölgəsində yerləşən zooparkdır. Sahəsi 14,3 hektardır. Tokio Metropolitan Hökuməti tərəfindən idarə olunur. Yaponiyanın ən qədim zooparkıdır. 20 mart 1882-ci ildə açılmışdır. Ueno stansiyasının park çıxışından 5 dəqiqəlik uzaqlıqdadır. Ölkənin ilk monorelsi olan Ueno zooparkı monorelsi parkın şərq və qərb hissələrini əlaqələndirir. Zoopark Ueno parkında yerləşir. Parkda muzeylər, kiçik əyləncə parkı və digər attraksionlar var. Zoopark bazar ertəsi günləri … Yaponiyanın ilk zooparkı | Ueno zooparkı oxumağa davam et