Yaponiyanın ən məşhur 10 şəlaləsi

Bilmirəm, nə hikmətdir, Yaponiya şəlalə baxımından heç korluq çəkmir) Bizdə gözəl şəlalə deyən kimi ən çox 10 şəlalə saya bilərik, Yaponiyada isə bu cür şəlalələrin sayı 100-dən çoxdur. Bu yazımda top-10 Yaponiya şəlaləsi haqqında yazmaq istəyirəm. Fukuroda şəlaləsi İbaraki prefekturasında, Dayqo şəhərinin yaxınlığında yerləşir. Şəlalənin yaranmasına səbəb olan çay Taki çayıdır. Hündürlüyü 120 metrdir. Eni... Continue Reading →

700 illik bazar | Nişiki bazarı

Bu dəfə Kioto şəhərinin maraqlı bir yerindən danışacam: Nişiki bazarı (錦市場). Bazar Şico küçəsinin şimalında ona paralel və Teramaçi küçəsinin qərbində yerləyir. Buranı bəzən "Kiotonun mətbəxi" adlandırırlar. Burada ilk dəfə 1310-cu ildə burada bir neçə adi balıqçı dükkanı açılıb. Lakin növbəti əsrlər boyunca elə genişlənib ki, şəhərin əsas dəniz məhsulları və yerli məhsullar satılan nöqtəsinə... Continue Reading →

Yaponiyada ailə kirayələmə şirkəti

Yaponiyanın ən aktual müasir problemləri əhalinin qocalması, eləcə də, tənhalaşmadır. Hökumət bunların qarşısını almaq üçün tədbirlər axtararkən bəziləri maraqlı alternativlər tapıblar, hətta problemi biznesə çeviriblər. Yaponiyadakı "Familiy Romance" şirkəti məhz bununla bağlı qeyri-adiliyi ilə seçilir: bu şirkət "ailə üzvləri" kirayəyə verir. Şirkətin adı hətta Yaponiyadan xaricdə də hallanır. Ad gününə "oğul" və ya səhər yeməyinə... Continue Reading →

Yaponiyanın ən dərin gölü

Yaponiyanın ən böyük gölü və ən tanınmış gölü Biva gölüdür. Bu göl həm də tarixi əhəmiyyəti ilə məşhurdur. Bu dəfə haqqında danışacağım Tazava göl Biva kimi məşhur olmasa da, Yaponiyanın ən dərin gölü hesab olunur. Bu göllə bağlı üzücü məqam isə insan fəaliyyətlərinin qurbanı olmasıdır(( Tazava gölü (田沢湖) Akita prefekturasının Senboku şəhərinin yaxınlığında yerləşir. Şimalında... Continue Reading →

Film | Drunken Angel

Yaponiya bloqun olub, hər hansı Akira Kurosava filmindən bəhs etməmək günahdır. Bu dəfə onun "Drunken Angel", yaponca adı ilə "Yoidore Tenshi" (酔いどれ天使) və ya azərbaycan adı ilə "Sərxoş mələk" filmi haqqında danışacam. Film yakuza filmidir. Baş rollarda Toşiro Mifune və Takaşi Şimura kimi tanınmış yapon aktyorlar var. Filmin mövzusu belədir: Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan... Continue Reading →

Sevgisinə görə edam olunan qız | Oşiçi

Bu yaxınlarda Yaponiyada XVII əsrdə baş vermiş bir hekayə mənim diqqətimi cəlb etdi. İstəyirəm həmin hekayə haqqında danışım. Hekayə Yaoya Oşiçi (八百屋お七) adlı 16 yaşlı gənc qız haqqındadır. Yaoya yaponca səbzəvatçı deməkdir. Tarobeyin qızıdır. 1667-ci ildə anadan olub. Edo dövrünün əvvəllərində Edodakı Honqo ərazisində yaşayırdı. Oşiçi sevdiyi oğlana görə törətdiyi qəsdən yandırma cinayətinə 1683-cü ildə görə payaya bağlanaraq yandırılıb.... Continue Reading →

Zınqırovlu ilandan hazırlanan likör | Habuşu

Okinava mətbəxinin Yaponiyada ayrıca yeri var. Bu mətbəxdə bir çox yemək insanı təəccübləndirə bilər. Hətta Yaponiyanın içində belə. Mətbəxin maraqlı içkilərindən biri də Habuşu (ハブ酒) içkisidir. Habuşu Yaponiyanın Okinava prefekturasına məxsus avamoriyə əsaslanan likör növüdür. İçkinin digər adları Habu sakesi və ya Okinava ilan şərabıdır. Habuşu elmi adı Trimeresurus flavoviridis olan habu ilanının şərəfinə adlandırılıb.... Continue Reading →

Meyci dövründən Yaponiya mənzərələri

Photos of Japan mənim yeni kəşf etdiyim saytlardan biridir. Saytda Meyci dövrünə dair tarixi Yaponiya fotoları paylaşırlar. Bu saytda ən bəyəndiyim bölmə Mənzərələr bölməsidir. Mənzərə + Yaponiya + Nostalji formulu məni əfsunlaryır)) Bu yazımda həmin saytdan bəzi tarixi mənzərə fotolarını paylaşacam.

Yaponiyanın pişik adaları

Yaponiyada heyvanlarla bağlı bir çox maraqlı yerlər görə bilərisiz. Narada küçədə dolaşan ceyranlar, onsenlərdə yuyunan qar meymunları, Tokiodakı dovşan kafeləri... Yaponiyada pişiklərlə bağlı maraqlı məqam isə Pişik adaları və ya yaponca Nekoşimalardır. Bəziləri Yaponiyada pişik adasının olduğundan xəbərdar olsa da, əslində Yaponiyada sadəcə bir dənə pişik adası yoxdur. Ən məşhur pişik adası Ehime prefekturasında yerləşən... Continue Reading →

WordPress.com Bloqu.

Yuxarı ↑

WordPress.com-da yeni veb saytını yarat
Başla: