Yapon komiks personajları | Sunfire

Komikslə, xüsusilə Marvel Comicslə xeyli maraqlandığımdan bu marağımı Yaponiya marağımla birləşdirib bu rubrikanı ortaya çıxarmaq qərarına gəldim. Əslində bu rubrikaya sadəcə təkcə Marvel Comics personajlarını daxil etmək istəsəm də, sonradan fikrimi dəyişdim. Ümumiyyətlə, Marvel kainatında yapon personajlar az deyil, amma tanınmışları çox da deyil. Rubrikanı fikirləşərkən fikir verdim ki, yapon Marvel Comics personajlarının çoxunun X-Menlə əlaqəsi var, mutantdırlar. Rubrikanın birinci personajı Sunfire (Gün alovu) adlı mutantdır.

Sunfire ilk dəfə 1970-ci ilin yanvarında “X-Men” komiksinin 64-cü sayında peyda olub. Yaradıcıları Roy Tomas və Don Hekdir. Roy Tomas personajı yaratmaq ideyasını belə açıqlayır:

Mən anası Hiroşima və ya Naqasakidən olan yapon və ya yapon-amerikan personaj əlavə etmək istəyirdim … Lakin Sten Li hansısa əsaslı səbəb demədən personajı istəmədi. Bir müddət sonra mən “X-Men” komikslərinə qayıdanda Sunfire-ı yaratdım, bu, bir müddət öncə yaratmaq istədiyim personaja çox oxşayırdı … Mən komandanı genişləndirmək üçün bir neçə “beynəlxalq mutant” yaratmaq istəyirdim. Fikirləşmişdim ki, X-Men ancaq ağ amerikalılardan ibarət olmamalıdır.

Bioqrafiya

Bioqrafiyasına gəldikdə Sunfire-ın əsl adı Şiro Yoşidadır. Anası Hiroşimaya atom bombası atılan zaman radiasiya zəhərlənməsinə məruz qalıb, Şironun özü isə Aqaraşima şəhərində doğulub. Doğurlanda günəş radiasiyası güclərinə malik mutant olduğu məlum olub. Şiro balaca olanda anası radiasiya zəhərlənməsindən ölüb və getdikcə ABŞ-a qarşı kin bəsləməyə başlayıb. Lakin atası BMT-nin üzvü olub və ABŞ-a qarşı daha tolerant davranıb. Əmisi Tomo Şironu Sunfire təxəllüsü ilə ABŞ-a qarşı döyüşməyə cəsarətləndirib. Sunfire ABŞ-ın paytaxtına hücum edib və X-Menlə döyüşüb. Daha sonra atasının Tomo tərəfindən öldürülməsinə şahidlik edib. Sunfire Tomonu öldürüb və təslim olub.

Bundan sonra Sunfire-ın başına müxtəlif macəralar gəlir. Namor və Iron Man-ə qarşı döyüşür, amma sonra onların tərəfinə keçir. Professor X onu yeni X-Men komandasına cəlb edir. X-Men-lə Yaponiyanın Moses Magnum tərəfindən batırılmasının qarşısını alır. Hətta X-Men-lə yadplanetli əjdahaya qarşı da vuruşur. Gambit-lə birlikdə Hand təriqətinə qarşı da vuruşmuşluğu var.

Sunfire 12-likdən biri (Apocalypse-in reallığı dəyişmək üçün ehtiyac duyduğu 12 xüsusi mutant) olduğu üçün Apocalypse tərəfindən də qaçırılır. Daha sonra X-Corporation üzvü olur və Mumbay şöbəsinə daxil olur. M-Day hadisəsindən sonra güclərini və X-genini itirir. Hətta ayaqsız qalır. Apocalypse ona güclərini qaytarmağı və yeni atlısı olmağı təklif edir və Sunfire bunu qəbul edir. Amma həbsxanaya atılandan sonra qaçmağa çalışır, amma axırda Qıtlıq atlısı olur. Emma Frost zehninə girib ona kömək etməyə çalışır, sonda Sunfire Apocalypse-dən xilas olur. Sunfire Qıtlıq atlısı olarkən hətta Cable, Cannonball və Iceman kimi mutantlara hücum etmişdi.

Bir neçə il sonra Wolverine onu sərxoş halda Tokioda tapır və yeni Avengers komandasına cəlb edir. Sunfire əvvəl bunu istəməsə də, Xavierin beyninin Red Skull tərəfindən ələ keçirildiyini biləndə komandaya qoşulur.

Secret Wars hadisələrindən sonra bütün dünyada mutantlar Terrigen dumanlarından ölməyə başlayırlar. Sunfire Asiyada sağ qalan mutantları başına yığaraq təhlükəsiz yerə aparır. Sunfire hətta Black Panther-in görüşü zamanı Yaponiya hökumətini təmsil etmişdi.

Bu arada, Şironun Leyu adlı mutant qardaşı var və təxəllüsü Sunpyre-dir. Onun da gücləri alova əsaslanır.

Gücləri

Sunfire mutantdır və günəş radiasiyanı uda, onu plazma vəziyyətinə sala bilir. Əlindən alov, ölümcül radiasiya, plazma topları buraxa bilir. Güclərindən istifadə edəndə ətrafındakı istiliklə poladı da əridə bilər. Qıtlıq atlısı olandan sonra Sunfire aclıq şüaları yaymaq gücü qazanır, bu şüalara məruz qalan insanlar aclıq hissi yaşamağa başlayırlar. Həmçinin hətta vakumda belə gücündən istifadə etməyə başlayır.

Şiro həm də döyüş sənətləri bilir. Hətta Hand nincalarına qarşı döyüşəndə güclərindən istifadə etməmişdi. Karate, cüdo və kendo bilir. Fiziki gücü çox yüksəkdir.

Digər mediada

Təəssüf ki, Sunfire 7 X-Men filminin heç birində görünməyib, televiziya və video oyunlarda da az görünüv. Televiziyada “Spider-Man and His Amazing Friends” animasiya serialında əsas personajdır. “X-Men” animasiya serialında isə sadəcə kameo kimi görünüb və Denis Akiyama tərəfindən səsləndirilib. “X-Men Legends II: Rise of Apocalypse”, “X-Men: Destiny” və “Marvel: Avengers Alliance” oyunlarında görünüb. “Punisher” oyununda sadəcə adı çəkilib (maraqlıdır ki, ona oyunda Kapitan Yaponiya kimi xitab ediblər).

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma