Zınqırovlu ilandan hazırlanan likör | Habuşu

Okinava mətbəxinin Yaponiyada ayrıca yeri var. Bu mətbəxdə bir çox yemək insanı təəccübləndirə bilər. Hətta Yaponiyanın içində belə. Mətbəxin maraqlı içkilərindən biri də Habuşu (ハブ酒) içkisidir.

Habuşu Yaponiyanın Okinava prefekturasına məxsus avamoriyə əsaslanan likör növüdür. İçkinin digər adları Habu sakesi və ya Okinava ilan şərabıdır. Habuşu elmi adı Trimeresurus flavoviridis olan habu ilanının şərəfinə adlandırılıb. Bu ilan zınqırovlu ilanlar yarımfəsiləsindəndir. Habu ilanları çox zəhərlidirlər, Cənub-şərqi Asiyada, Filippin, Ryukyu və Yaponiya kimi adalarda yaşayırlar. Habu ilanının sancması ürəkbulanmasına, qusmaya, təzyiqin qalxmasına və sonda ölümə səbəb olur. Habu ilanının qurbanları sağalsalar da, çox vaxt əl və ayaqlarının istifadəsində problemlər yaşamağa başlayırlar.

Habuşu içkisinin əsas istehsalçılarından biri ildə 5000 habudan istifadə edir. İstehsalçılar içki üçün üyüdülmüş düyüdən və kocidən də istifadə edirlər. İçki bitkilərlə və balla qarışdırıldıqdan sonra açıq sarı rəng alır. Daha sonra ilan likörə salınır və istehlak olunana qədər içində saxlanılır. Habuşunu uzun vaxt saxlamaq adət halını alıb. İçkidəki alkaqol ilan zəhərinin həll olmasına və içkinin zəhərsiz olmasına səbəb olur. Bəzi habuşu brendləri içkini ilan hələ butulkada ola-ola satırlar.

İlanı alkoqola daxil etməyin iki üsulu var. Birinci metodda istehsalçı ilanı sadəcə alkoqola salır və onu batırır. İkinci üsulda ilan dondurulur, huşunu itirəndən sonra təmizlənir. Buz əridikdən və ilan oyandıqdan sonra ilan aqresiv şəkildə dərhal ölür. İstehsalçı daha sonra habunu 1 ay boyunca etanol vannasında saxlayır. Daha sonra habu ilanı 40 gün müddətində 59 %-lik alkoqola qoyulur, axırda isə 35 %-lik avamoriyə salınır. İçkinin naxoş iyini aradan qaldırmaq üçün bağırsaqları çıxardılır.

İçkinin populyar olması isə cinsi istək artdırdığı haqqındakı fikirlə bağlıdır. Habu ilanları 26 saat kimi çox uzun müddət boyunca cütləşə bildiklərindən içkinin kişilərdə cinsi istəyi artdırdığına inanılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma