Film | Drunken Angel

Yaponiya bloqun olub, hər hansı Akira Kurosava filmindən bəhs etməmək günahdır. Bu dəfə onun “Drunken Angel”, yaponca adı ilə “Yoidore Tenshi” (酔いどれ天使) və ya azərbaycan adı ilə “Sərxoş mələk” filmi haqqında danışacam. Film yakuza filmidir. Baş rollarda Toşiro Mifune və Takaşi Şimura kimi tanınmış yapon aktyorlar var. Filmin mövzusu belədir: Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan Sanada sərxoş, lakin hamıya kömək etməyəcə can atan həkimdir. Buna … Film | Drunken Angel oxumağa davam et

Sevgisinə görə edam olunan qız | Oşiçi

Bu yaxınlarda Yaponiyada XVII əsrdə baş vermiş bir hekayə mənim diqqətimi cəlb etdi. İstəyirəm həmin hekayə haqqında danışım. Hekayə Yaoya Oşiçi (八百屋お七) adlı 16 yaşlı gənc qız haqqındadır. Yaoya yaponca səbzəvatçı deməkdir. Tarobeyin qızıdır. 1667-ci ildə anadan olub. Edo dövrünün əvvəllərində Edodakı Honqo ərazisində yaşayırdı. Oşiçi sevdiyi oğlana görə törətdiyi qəsdən yandırma cinayətinə 1683-cü ildə görə payaya bağlanaraq yandırılıb. Hekayəsi bir çox coruri tamaşasına mövzu olmuşdur. Hekayə bundan ibarət olur ki, … Sevgisinə görə edam olunan qız | Oşiçi oxumağa davam et