Film | Drunken Angel

Yaponiya bloqun olub, hər hansı Akira Kurosava filmindən bəhs etməmək günahdır. Bu dəfə onun “Drunken Angel”, yaponca adı ilə “Yoidore Tenshi” (酔いどれ天使) və ya azərbaycan adı ilə “Sərxoş mələk” filmi haqqında danışacam. Film yakuza filmidir. Baş rollarda Toşiro Mifune və Takaşi Şimura kimi tanınmış yapon aktyorlar var.

Filmin mövzusu belədir: Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan Sanada sərxoş, lakin hamıya kömək etməyəcə can atan həkimdir. Buna görə də hamı ona sərxoş mələk deyir. Ətrafda yaşayan tanınmış yakuzalardan olan Matsunaqa bir gün onun yanına gəlir və Sanada ona vərəm diaqnozu qoyur. Sanada onu sağaltmaq istəsə də, Matsunaqa vəziyyəti qəbul etmək istəmir. Hekayə Matsunaqanın vərəmlə mübarizəsi və onun yakuza statusuna təsirindən bəhs edir.

Film 1948-ci ildə çəklib. Akira Kurosavanın ilk çəkdiyi filmlərdən biridir. Filmin əsas xüsusiyyətlərindən biri də tanınmış aktyor Toşiro Mifunenin oynadığı ilk Kurosava filmi olmasıdır. Mifune daha sonra Kurosavanın daha 15 filmində oynayacaqdır. Deyilənə görə, Matsunaqa rolu üçün aktyor axtaran Kurosavaya başqa bir filmdə əsəbi personajı oynayan Mifuneni təklif edirlər. Mifunenin performansından təsirlənən Kurosava dərhal onu filmə cəlb edir. Deyilənə görə Kurosavanın Mifuneni seçmə səbəblərindən biri də onun akrobatik hərəkətləri idi. Bu, Mifunenin 4-cü filmi idi.

Film realistik ünsürlərdən ilhamlanıb. Belə ki, ideya Kurosavanın Tokioda lisenziyasız işləyən sərxoş bir həkimlə qarşılaşmasından sonra ortaya çıxıb. İlkin ssenaridə demək olar ki, ancaq Sanadaya yer verilmişdi. Amma Kurosava Mifunenin performansından elə təsirlənmişdi ki, personajının rolunu artırmışdı.

“Drunken Angel” ABŞ-ın Yaponiya işğalı dövründə çəkildiyi üçün senzuraya qalan film olmuşdur. Belə ki, o vaxt Yaponiyada filmlərində ABŞ işğalını tənqid etmək qadağan idi. Senzuradan keçməsi üçün Kurosava filmdə bir çox dəyişiklik etməyə məcbur qalmışdı və ondan sonra filmi senzuradan keçirə bilmişdi. Məsələn, açılış səhnəsində ABŞ əsgərlərinə yaxınlanaşan “pan pan” adlanan yapon fahişələrin səhnəsini kəsmişdi. Kurosavaya yandırılmış binanı da filmdə göstərməyə qoymadılar, lakin əvəzində rayonun mərkəzindəki zəhərli gölməçəni göstərə bilmişdi. İngilis dilində lövhələrə icazə olmasa da, bəzi səhnələrdə bu cür lövhələri görmək olar. Akira bəzi yerlərdə senzuraçılara atış gələ bilmişdi)) Məsələn, bir rəqs səhnəsində orijinal “Jungle Boogie” mahnısına yazdığı sözlərdə Amerikan cazzını tənqid edirdi. Senzuraçılar o qədər məşğul idilər ki, bunu gözdən qaçırmışdılar)

Filmin çəkilişləri gedən zaman Akiranın atası ölmüşdü. Deyilənə görə studiyada çəkiliş zamanı filmin qəmgin musiqisi onu daha da depresiyaya soxmuşdu.

“Drunken Angel” baxılası və tövsiyə olunası filmdir. Filmdə yakuza sinfinin mənfi cəhətləri göstərilir və insanları necə hala soxduğu göstərilir. Rejissor yakuza olduğu üçün sağalmağa meyil göstərən Matsunaqa personajı ilə yakuza sinfinin insanı nə hala saldığını göstərməyə çalışır. Film Rotten Tomatoes-dən 93%-lik reytinq alıb, IMDb balı isə 7,7-dir (IMDb səhifəsi).

Seçilmiş sitatlar:

  • Yaponlar axmaq şeylərə görə özlərini fəda etməyi sevirlər (Sanada)
  • Mənim kimisinə aşiq ol, düzdü, köhnədəbliyəm, amma pulsuz müalicə alacaqsan (Sanada)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma