700 illik bazar | Nişiki bazarı

Bu dəfə Kioto şəhərinin maraqlı bir yerindən danışacam: Nişiki bazarı (錦市場). Bazar Şico küçəsinin şimalında ona paralel və Teramaçi küçəsinin qərbində yerləyir. Buranı bəzən “Kiotonun mətbəxi” adlandırırlar. Burada ilk dəfə 1310-cu ildə burada bir neçə adi balıqçı dükkanı açılıb. Lakin növbəti əsrlər boyunca elə genişlənib ki, şəhərin əsas dəniz məhsulları və yerli məhsullar satılan nöqtəsinə çevrilib. Burada bəzi ailələr neçə nəsildir ki, mağazalarını idarə edirlər. … 700 illik bazar | Nişiki bazarı oxumağa davam et

Yaponiyada ailə kirayələmə şirkəti

Yaponiyanın ən aktual müasir problemləri əhalinin qocalması, eləcə də, tənhalaşmadır. Hökumət bunların qarşısını almaq üçün tədbirlər axtararkən bəziləri maraqlı alternativlər tapıblar, hətta problemi biznesə çeviriblər. Yaponiyadakı “Familiy Romance” şirkəti məhz bununla bağlı qeyri-adiliyi ilə seçilir: bu şirkət “ailə üzvləri” kirayəyə verir. Şirkətin adı hətta Yaponiyadan xaricdə də hallanır. Ad gününə “oğul” və ya səhər yeməyinə “ər” axtaran istənilən şəxs şirkətə müraciət edib tənhalıqdan qurtulmağa çalışır. … Yaponiyada ailə kirayələmə şirkəti oxumağa davam et