Yaponiyada ailə kirayələmə şirkəti

Yaponiyanın ən aktual müasir problemləri əhalinin qocalması, eləcə də, tənhalaşmadır. Hökumət bunların qarşısını almaq üçün tədbirlər axtararkən bəziləri maraqlı alternativlər tapıblar, hətta problemi biznesə çeviriblər.

Yaponiyadakı “Familiy Romance” şirkəti məhz bununla bağlı qeyri-adiliyi ilə seçilir: bu şirkət “ailə üzvləri” kirayəyə verir. Şirkətin adı hətta Yaponiyadan xaricdə də hallanır. Ad gününə “oğul” və ya səhər yeməyinə “ər” axtaran istənilən şəxs şirkətə müraciət edib tənhalıqdan qurtulmağa çalışır.

Məsələn, şirkətin müştərilərindən biri olan Kazuşiqe Nişida şirkətdən axşam yeməyi üçün bir “arvad” və bir “qız uşağı” sifariş edib. Hətta qızın yaşına və fiziki görünüşünə (150 sm boy) qərar verib. Xərci isə 4000 yen, başqa sözlə, 370 ABŞ dolları təşkil edib. Nişida onlara axşam yeməyi boyunca öz arvadının və qızının adları ilə səslənsə də, onların öz rollarını müyyən vaxtdan sonra buraxdıqlarını bildirib.

Şirkətin yaradıcısı İşii Yuyçidir və şirkəti 2009-cu ildə yaradıb. Şirkət üçün ağılda yaxşı qalan ad axtararkən qabağına Ziqmund Freydin 1909-cu ildə yazdığı “The Familiy Romance of Neurotics” adlı məqaləsi çıxıb və adını burdan seçməyə qərar verib. Yuyçi hazırda “ailə üzvü” rolu oynaya biləcək şəxslərin axtarışı də məşğul olur. Hazırda şirkətin 1200 bu cür “aktyoru” var.

Şirkətin yaradıcısı İşii Yuyçi.

Əslində bu cür şirkətlər Yaponiya üçün yeni deyil. Hələ 1990-cı illərdə onlar üzə çıxmağa başlayıblar. İlk təşəbbüskarı isə bir Tokio şirkətinin prezidenti olmuş Satsuki Oyva olub. Hətta 2009-cu ildə bu cür şirkətlərin sayı Yaponiyada 10 ədəd idi.

“Family Romance” şirkəti gəlirinin 70%-ni toy kimi tədbirlərdən, qalan hissəsini isə Nişida kimi münasibətlərdən əldə edir (bu zaman standart qiymət saatı 50 dollardır). İldə 2-3 dəfə keçirilən toy tədbirləri 5.000.000 yen gəlir gətirir. Yuyçi özü 100-dən çox qadına “ər” olub. Hətta ilk illərdə 10 ailə ilə eyni anda işləyirmiş və bu, ona çox çətin gəlirmiş.

Kirayələmə metodu ilə “ata” roluna girəndə uşaqlar məni əsl ataları zənn edirlər və ya onun yerinə qoyurlar. Müəyyən edilmiş saatda getmək istədiyimi deyəndə getməmi istəmirlər və məni qucaqlayıb ağlayırlar.

Kirayələmə zamanı fiziki təmas qadağandır və bir “aktyor” eyni anda 5-dən artıq ailə ilə işləyə bilməz. Bu arada, bu şirkət haqqında 2019-cu ildə “Family Romance, LLC” adlı Almaniya istehsalı film çəkilib və Kann festivalında nümayiş etdirilib. Baş rolda elə İşii Yuyçi oynayır))

Yaponiyada buna bənzər başqa şirkət də var: “Client Partners”. Lakin bu şirkət ancaq əmi və ya dayı kirayəyə verməklə məşğuldur və gündəlik ödəniş haqqı 54 dollardır. Sayt üzərindən fəaliyyət göstərən şirkət 2012-ci ildə Takanobu Nişimoto tərəfindən yaradılıb. Dediyinə görə, gündə 900-dən çox görüş sorğusu qəbul edirlər. İllik olaraq isə bu rəqəm 10.000-ə çata bilirmiş. Şirkətdə indi 78 “dayı” işləyir. Maraqlıdır ki, müştərilərin 80%-i qadındır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma