Yaponiyanın ən məşhur 10 şəlaləsi

Bilmirəm, nə hikmətdir, Yaponiya şəlalə baxımından heç korluq çəkmir) Bizdə gözəl şəlalə deyən kimi ən çox 10 şəlalə saya bilərik, Yaponiyada isə bu cür şəlalələrin sayı 100-dən çoxdur. Bu yazımda top-10 Yaponiya şəlaləsi haqqında yazmaq istəyirəm.

Fukuroda şəlaləsi

İbaraki prefekturasında, Dayqo şəhərinin yaxınlığında yerləşir. Şəlalənin yaranmasına səbəb olan çay Taki çayıdır. Hündürlüyü 120 metrdir. Eni isə 73 metr təşkil edir. Bir sorğuda Yaponiyanın ən gözəl üçüncü şəlaləsi seçilib. Xüsusilə payız fəslindəki gözəlliyi ilə seçilir.

Haqoromo şəlaləsi

Hokkaydo prefekturasında, Daysetsuzan Milli Parkında yerləşir. Hokkaydonun ən hündür, Yaponiyanın isə üçüncü ən hündür şəlaləsidir. Bəzi mənbələrdə bu şəlalə hətta “Şərqin Niaqarası” kimi təqdim edilir. Şəlalə 1870-ci ildə Oomaçi Keyqetsu tərəfindən kəşf edilib və mənzərəsini o qədər bəyənib ki, indiki adını verib. Şəlalə Çuubatsukava və adsız iki qoldan ibarətdir.

Şoci şəlaləsi

Yamanaşi prefekturasında yerləşir. Şərqi Yaponiyanın ən hündür şəlaləsidir. Belə ki, hündürlüyü 121 metrdir. Minami Alpları Milli Parkında yerləşir.

Oşinkoşin şəlaləsi

Hokkaydo prefekturasında, Şiretoko yarımadasında, Şiretoko Milli Parkında yerləşir. Şiretokonun ən gözəl 8 yerindən biridir. Aynu dilində şəlalənin adı “Ezomatsunun həmişəyaşıl ağaclarının bitdiyi axın yeri” mənasını verir. Şəlalənin zirvəsindən Oxot dənizini görmək olar. Əsas xüsusiyyətli iki qola bölünməsidir və bəzən Əkiz gözəllər şəlaləsi də adlandırılır.

Şirayto şəlaləsi

Şizuoka prefekturasında, Fuci dağının yaxınlığında, Fuci-Hakone-İzu Milli Parkında yerləşir. Hündürlüyü 20 metr olsa da, eni 200 metrdir. Müqəddəs şəlalə hesab olunur. 2013-cü ildə YUNESKO-nun Dünya irsi siyahısındadır. Payız mənzərələri daha gözəldir.

Naena şəlaləsi

Niiqata prefekturasında, Myoko şəhəri yaxınlığında, Naqano prefekturası ilə sərhəddə yerləşir və heksaqonal bazalt sütunlarından üzərindən tökülür. Hündürlüyü 55 metrdir. Su bazalt süxurların töküləndə böyük səs küyə səbəb olduğundan “Zəlzələ şəlaləsi” ləqəbi ilə məşhurdur. Naena sözü ilə “zəlzələ” sözü ilə əlaqəlidir. Ətrafındakı meşə payızda rəng dəyişəndə şəlalə daha da gözəlləşir.

Hirayu şəlaləsi

Gifu prefekturasında yerləşir. 64 metr hündürlükdən tökülür. Eni 6 metrdir. Gifunun ən yaxşı 50 şəlaləsindən biri seçilib. Qışda donanda şəlalə xüsusilə daha gözəl olur. Yaxınlığında Hirayu onseni yerləşir. Şəlalənin kəşfi ilə bağlı yerli əfsanəyə görə 450 il əvvəl yaşlı şəlalədən çıxan ağ meymun burada Takeda ordusuna bələdçilik edərək onsenə gətirmişdir.

Qinqa və Ryusey şəlalələri

Hokkaydo prefekturasında, Daysetsuzan Milli Parkında, Sounkyo dərəsində yerləşən iki şəlalədir. Bəzən bu şəlalələrə birlikdə Ər və Arvad şəlaləsi də deyirlər. Çünki ikisi də yan-yana yerləşir və Qinqa qıvrımlı, Ryusey daha düz görünüşə malikdir. Lakin hərfi tərcümədə Ryusey “Düşən ulduz”, Qinqa “Süd yolu” deməkdir. Şəlalələr qış aylarında buz dırmanışı idman növü ilə populyardır.

Keqon şəlaləsi

Toçiqi prefekturasında, Nikko şəhərinin və Çuzenci gölü yaxınlığında yerləşir. Şəlalə vulkanik fəaliyyətlər nəticəsində yaranıb. Nikkoda yerləşən 48 şəlalədən ən tanınmışdır. Fukuroda və Naçi şəlalələri ilə birlikdə Yaponiyanın ən gözəl üç şəlaləsindən biridir.  Hündürlüyü 97 metrdir. Şəlalə gənclərin intihar etmək üçün gəldikləri bir məkan kimi pis ad çıxarıb (XX əsrin əvvəlində 200 nəfər burada intihar edib). 1903-cü ildə filosof Misao Fucimura yaxınlıqdakı ağac kötüyünə “Ölüm poeması”nı yazaraq buradan intihar etməsi ən məşhur intihar faktıdır. Yaxınlıqda Akaçidayra rəsədxanası yerləşir.

Naçi şəlaləsi

Vakayama prefekturasında, Naçikatsuura qəsəbəsi yaxınlığında yerləşir. Yaponiyanın tək mənbədən fasiləsiz tökülən ən hündür şəlaləsidir (133 metr). Şəlalənin zirvəsindəki iki qaya şəlalənin və Şinto ibadətgahının qorucuları hesab olunurlar. Hiro ibadətgahı tərəfindən bu şəlaləyə səcdə edilir. Meyci dövrünə qədər yaxınlıqda buddist məbədi də var idi.

Yaponiyanın ən məşhur 10 şəlaləsi” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma