Okinavanın simvolu | Şuri qəsri

Bu yazımda 5 gün öncə yanğın nəticəsində kül olan, Ryukyu krallığının 500 illik inzibati, mədəni və dini mərkəzi olmuş, YUNESKO-nun Dünya irsi siyahısına salınan, Okinavanın simvolu Şuri qəsrindən bəhs edəcəm.

Şuri qəsri Yaponiyanın Okinava prefekturasının Şuri şəhərində yerləşən Ryukyu qusukusu stilində qəsrdir. Okinavanın simvollarından sonra qəsr buranın tarixində əhəmiyyətli rol oynayıb.

Qəsrin tikilmə tarixi naməlumdur, lakin Sanzan dövründə (1322-1429) istifadə olunduğu dəqiqdir. Çox güman ki, Okinavadakı bir çox qəsr kimi Şuri qəsri də Qusuku dövründə tikilib. Kral Şo Haşi Okinavanın 3 knyazlığını birləşdirib Ryukyu krallığını quranda qəsrdən iqamətgah kimi istifadə etməyə başlamışdır. Eyni zamanda Şuri paytaxt olaraq çiçələnməyə başlamışdır və İkinci Şo sülaləsinin dövründə də belə qalmağa davam etmişdir.

1429-cu ildən 450 il boyunca Ryukyu krallığının sarayı və inzibati mərkəzi olmuşdur. Ryukyu adalarının siyasət, iqtisadiyyat, mədəniyyət paytaxtı olmuşdur. Qeydlərə görə qəsr bir neçə də yanmış və hər dəfə yenidən tikilmişdir. Şo Neyin hakimiyyəti dövründə Yaponiyanın Satsuma feodal bölgəsindən olan samuraylar 6 may 1609-cu ildə Şuri qəsrini ələ keçirmişdirlər. Lakin 2 il sonra yaponlar Kral Şo Neyə taxtını, qəsri və şəhəri Ryukyu xalqına qaytarmışdılar. Əvəzində isə krallıq Satsumanın vassalına çevrilmiş və bu hal 250 il davam etmişdir.

Amerikalı Metyü Perri 1850-ci illərdə Okinavaya gələndə iki dəfə Şuri qəsrinə daxil olmağa çalışmışdır, lakin kral tərəfindən 2 dəfə rədd edilmişdir. 1879-cu ildə Ryukyu krallığı Yaponiyanın tərkibinə daxil olmuşdur. Krallıq ləğv olunmuş və qəsr Yaponiya ordusu tərəfindən barrak kimi istifadə olunmağa başlamışdır. 1896-cı ildə Yaponiya garnizonu qəsri tərk etmişdir, lakin bundan öncə onun altında tunellər qazmışdır.

Qəsrin planı

1908-ci ildə Şuri şəhəri qəsri Yaponiya hökumətindən satın almışdır, lakin onu yeniləmək üçün büdcəyə malik deyildi. 1925-ci ildə milli xəzinə elan edilmişdir. Əvvəlki əhəmiyyətini itirsə də, tarixçi Corc Kerr qəsri “dünyadakı ən möhtəşəm qəsrlərdən biri” adlandırmışdır.

İkinci dünya müharibəsi zamanı Yaponiya ordusu qəsrin altında hərbi qərargah qurmuşdur. 1945-ci ilin əvvəllərində Şuri və ətrafında kompleks müdafiə xətləri qurulmuşdur. 25 maydan balayaraq Okinava hərakatının son hissəsi kimi ABŞ döyüş gəmisi Mississippi qəsri 3 gün boyunca bombalamış və sonda qəsr yanmışdır. 29 mayda qəsr ABŞ ordusunun nəzarəti altına keçmişdir.

Müharibədən sonra 1950-ci ildə qəsrin ərazisində Ryukyu Universiteti qurulmuş və 1975-ci ilə kimi fəaliyyət göstərmişdir. 1958-ci ildə Şureymon yenidən inşa edilmiş, 1992-ci ildən başlayaraq əsas tikililər və mərkəzi qəsrin divarları bərpa olunmağa başlamışdır. Hazırda qəsr ərazisi Şuri Qəsr Parkı adı ilə mühafizə olunur. 2000-ci ildə digər qusuku və əlaqəli ərazilərlə birlikdə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. Lakin ancaq 1950-ci ildən öncəki daş divarlar və qədim sütunlar Dünya irsi kimi tanınmışdır.

Qəsrin gündəmə gəlməsinə səbəb 31 oktyabr 2019-cu ildə qəsrdə baş vermiş güclü yanğın olub. Yanğın nəticəsində Seyden, əsas zal, Hokuden və Nanden yanıb. Təhlükəsizlik alarmı saat 2:30-da işə düşmüş, saat 2:40-da yanğınsöndürənlər hadisə yerinə çatmışdılar. Yanğınsöndürənlərdən biri yanğına qarşı mübarizə apararkən dehidratasiya səbəbindən xəstəxanaya aparılıb. Seyden, Hokuden, Nanden və Bandokoro tamamilə məhv olub. Yerli xəbərlərə görə “4200 kv. metr ərazini əhatə edən 6 qəsr tikilisi dağılıb”. Yanğın saat 13:30-da tamamilə söndürülüb. Bu, Şuri qəsrində baş verən sayca 5-ci yanğındır (1453, 1660, 1709 və 1945). Okinava qubernatoru Denni Tamaki yanğından sonra Şuri qəsrinin “Ryukyu krallığının simvolu, onun tarixinin və mədəniyyətinin ifadəsi olduğunu” bildirib, yenidən tikəcəyinə söz verib. Yaponiya dövlət katibi Yoşihide Suqa Şuri qəsrinin “Okinavanın ən əhəmiyyətli simvolu” olduğunu ifadə edib. Yaponiya hökuməti restorasiya işlərində kömək edəcəkdir. YUNESKO da Şuri qəsrinin bərpası üçün kömək edəcəyini bildirib.

Digər Yaponiya qəsrlərindən fərqli olaraq Şuri qəsri Çin memarlığından xeyli təsirlənmişdir. Funksional və dekorativ elementlər Qadağan olunmuş şəhərdəkilərlə bənzərlik təşkil edir. Darvazalar və digər tikililər qırmızı boya ilə rənglənmiş, divarlar rəngli dekorasiya olunmuş və dam kirəmitəri üçün əvvəlcə Qoryeo, daha sonra qırmızı Ryukyu kirəmitlərindən istifadə olunmuşdur. Hər hissənin dekorasiyasında kral əjdahasından istifadə olunub. Nanden və Bandokoro Satsuma klanının qəbul və əyləncəsi üçün istifadə olunduğundan, yapon stilini ancaq burada görmək olar.

Ryukyu elementləri də üstünlük təşkil edir. Digər qusukular kimi bu qəsr də Ryukyu əhəngi ilə tikilmiş, İkinci Şo sülaləsinin dövründə (XV əsrin ikinci yarısından XVI əsrin birinci yarısına kimi) xarici tikili ilə təchiz olunmuşdur. Okuşoin-en Ryukyu adalarından salamat qalmış yeganə qusuku bağçasıdır.

Hazırkı renovasiya hərbi məqsədlər yox, qəsrin mədəni və inzibati-siyasi mərkəz kimi roluna əsasən həyata keçirilmişdir. Orijinal taxta tikililər kimi bərpa olunan tikililər ancaq əsas daxili qəsrə aiddir. Seyden Tayvandan gətirilmiş taxta ilə tikilmişdir. Digər tikililər – Nanden və Hokudenin ancaq fasad hissəsi bərpa olunmuşdur, interyerləri üçünsə polad və beton kimi müasir materiallardan istifadə olunub.

Ryukyunun siyasi və dini həyatında mərkəzi roluna görə Şuri qəsri müxtəlif tarixi tikililərdən ibarətdir, eləcə də, müxtəlif belə tikililərdə əhatə olunub. Qəsr kompleksi 3 əsas zonaya bölünə bilər: mərkəzi inzibati bölgə (Seydan və Ura daxil olmaqla), şərqi yaşayış və tədbir bölgəsi (Seydanın arxası; Oçibara adlanır) və Kyonouçi adlı cənub-qərbi tədbir bölgəsi.

Şuri qəsri ancaq siyasi və hərbi məqsədlər üçün istifadə olunmurdu, həmçinin Ryukyu xalqı üçün dini məbəd idi. Keçmişdə qəsrdə 10 utaki (ibadətgah) var idi və iç qəsrin cənub-qərb hissəsində Kyonouçi adlı məbəd yerləşirdi. Həmin yerdə ağac və təbii əhəng qayaları kimi təbii elementlər var idi. Noro bir çox təbiət ritualı həyata keçirsə də, ritualların məzmunu hələ də dəqiq aydın deyil. Müharibədən sonra ərazidə az da olsa, dini rituallar keçirilməyə davam etmişdir. Əsasən tüstülü çubuqların yerləşdirilməsi həyata keçirildi. Lakin qəsrin bərpa işlərindən sonra qəsrə daxil olmaq məhdudlaşdırıldığından dini əhəmiyyətini tamamilə itirmişdir.

Ryukyu adaları ilə Çin arasındakı əlaqələr 1372-ci ildə başlamış və 5 əsr davam edərək 1879-cu ildə Okinava prefekturasının qurulması ilə başa çatmışdır. Yeni krallar hakimiyyətə gələndə Çin imperatoru qəsrdə keçirilən taxta çıxma mərasiminə öz rəsmilərini göndərirdi. Bu tədbir sayəsində Ryukyu krallığı Çinlə siyasi, iqtisadi və mədəni əlaqələr saxlayırdı. Adət həm də Ryukyu kralının şərqi Asiyada tanınmasına səbəb olurdu.

Çin nümayəndəliyinə təxminən 500 insan daxil idi. Onlara imperatorun rəsmiləri tərəfindən təyin olunan sappoşi (səfir) və nümayəndə də daxil idi. Nümayəndə heyəti Pekindən yola düşür, Fuçjoda Ryukyu adalarına və ya Kumecimaya çatmaq üçün ukanşinə (“Tac gəmiləri”) minirdilər.

Çin nümayəndliyinin birinci vəzifələri arasında sonuncu kralın xatirəsinə yusa (dini mərasim) idi. İmperatorun baş sağlığı sözləri Nahadakı Soqen məbədində deyilirdi və daha sonra nümayəndələr Şiina bağında qəbul edilirdilər. Taxta çıxma mərasimi Una və Sendokudayda baş tuturdu. Unada Nanden ilə Seyden arasında Kettey adlı iki platforma salınmışdı və nümayəndələr üçün nəzərdə tutulmuşdu.

 

Daha sonra iç qəsrdə payız banketi, daha sonra ziyafət təşkil olunurdu, mahnı və rəqs performansları baç tuturdu. Banket nümayəndlərin dayandığı Hokuden adlı platformasın qarşı tərəfində qurulmuş müvəqqəti platformada baş tuturdu. Ryutan sahilində və qəsrdə Çoyo banketi baş tuturdu. Nümayəndlərin iştirakı ilə qayıq yarışı və musiqili performanslar keçirilirdi. Hokudenin qarşı tərəfində iki ardıcıl vəda banketi təşkil olunurdu və ən sonuncu banket olan Tenşikan banketində kral nümayəndələrə qızıl hədiyyələr verirdi.

 

Qəsrə həsr olunmuş xatirə sikkələri

Şuri qəsri bəzi populyar oyunlarda da görünüb. Məsələn, 2002-ci il istehsalı “Deadly Dozen: Pacific Theater” video oyununda sonuncu missiya Şuri qəsrinə hücum haqqındadır. 2008-ci il istehsalı “Call of Duty: World at War” oyununda sonuncu Amerika missiyası (“Breaking Point”) Şuri qəsrində baş tutur. Belə ki, ABŞ donanması Okinavanı ələ keçirmək üçün sonuncu həmləsini edir. Oyunda əsas personajlar ölür, oyunçu isə minaatan və isti silahlarla qəsrin dağılmış həyətin olan, yapon qüvvələrinin toplandığı, ABŞ qüvvələri tərəfindən hədəf alınan Uraya irəliləyir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma