Film | Liar and His Lover

2013-cü il istehsalı “Liar and His Lover” filmi romantika janrında olan Yaponiya filmidir. Filmi ilk dəfə Tvitterdəki bir post sayəsində tanımışdım və izləməyə qərar vermişdim. Filmin orijinal adı “Kanojo wa Uso o Aishisugiteru” şəklindədir və əslində manqa adaptasiyasıdır. Kotomi Aokinin eyniadlı şoco manqasının serializasiyası 2009-2017-ci illəri əhatə edib, bu zaman kəsiyində 22 cildi çapdan çıxıb. 2013-cü ildə müəllifə Şoco kateqoriyasında Şoqakukan mükafatını qazandırıb. Manqa adaptasiyasının … Film | Liar and His Lover oxumağa davam et

Sevgi məbədi | Cişu-Cinca

Bu yazımda maraqlı xüsusiyyətləri ilə diqqət cəlb edən, turistlərin sevimli məkanlarından Cişu-Cinca məbədi haqqında danışacam. Cişu-Cinca məbədi Kioto şəhərində yerləşən ən qədim məbəd hesab olunur. Tarixi o qədər qədimdir ki, hətta Yaponiyanın quruluş tarixindən də öncə mövcud olduğu düşünülür. Məbədin diqqət cəlb edən tərəfi sevgi və münasibətlər kamisinə həsr olunmasıdır. Məbəd özü daxili və xarici binalardan ibarətdir. Daxili bina Nara stilində tikilib və kami Okuninuşiyə … Sevgi məbədi | Cişu-Cinca oxumağa davam et

Kancilərin etimologiyası #1

Salamlar, yeni yazı seriyasına başlayıram: “Kancilərin etimologiyası”. Bu yazı seriyasında tanıdığınız və ya tanımadığınız heroqliflərin mənşəyini araşdırmağa çalışacam. Başlayaq. 俳 (hai) – əyləncə, aktyor. “Hayyuu” (aktyor) və “hayku” sözlərinin yazılışında istifadə olunan bu kanci iki hissədən təşkil olunub. Birinci tərəfdə insan kancisi (人), ikinci tərəfində isə qeyri kancisi (非) yer alıb. Başqa sözlə, hərfi tərcümədə bu kanci “qeyri-insan” demək olmalıdır. Bəs kanci indiki mənasını necə … Kancilərin etimologiyası #1 oxumağa davam et

İlk türkçə-yaponca qrammatika kitabı və lüğəti haqqında

Osmalı və Yaponiya münasibətlərində ən əhəmiyyətli hadisə, şübhəsiz, 16 sentyabr 1890-cı ildə baş vermiş Ərtuğrul faciəsi olmuşdur. Məhz bu hadisədən sonra Yaponiyada Osmanlıya olan maraq güclənmiş, hətta bəziləri bu dövlətdə uzun müddət yaşamış, Osmanlıda da yapon dilinə maraq artmışdı. Ərtuğrul faciəsindən sonra “Jiji Shinpo” qəzeti üçün işləyən Noda Şotaro Yaponiyada faciə qurbanlarının ailələri üçün yığılan 4248,976 yen məbləği İstanbula gətirmişdir. Şotaro hadisədən sonra Osmanlı türkçəsinə … İlk türkçə-yaponca qrammatika kitabı və lüğəti haqqında oxumağa davam et