ABŞ prezidenti Uliss Qrantın Meyci Yaponiyasına səfəri

10 avqust 1879-cu ildə Meyci dövründə baş vermiş ən əhəmiyyətli müzakirələrdən biri baş tutdu. Keçmiş ABŞ prezidenti, vətəndaş müharibəsi generalı Uliss Qrant Yaponiya imperatoru Meyci ilə görüşdü. Hama Rikyu bağında yerləşən Nakacima çay evində baş tutan bu iki saatlıq görüşdə hətta Qrant imperatora bu çətin vaxtlar üçün məsləhətlər də verdi. 21 iyun 1879-cu ildə həyat yoldaşı Culiya və 29 yaşlı oğlu Frederiklə bu ölkəyə ayaq … ABŞ prezidenti Uliss Qrantın Meyci Yaponiyasına səfəri oxumağa davam et

ABŞ-a gedən ilk yapon

Bu yazımda ABŞ-da olmuş ilk yaponlardan olan Con Mancirodan və ya Yaponiyada tanınan adı ilə Nakahama Mancirodan bəhs edəcəm. XIX əsrin II yarısına kimi Yaponiyadan nəinki ABŞ-a, hətta digər ölkələrə gedənləri ölüm cəzası təhlükəsi gözləyirdi. Mancironun ABŞ-a gedişi də tam təsadüf nəticəsində olub. Tosa əyalətinin Nakanohama kəndindən (hazırda Koçi prefekturasında yerləşir) adi balıqçı olan Manciro 1841-ci ildə 14 yaşında olarkən 4 dostu ilə birlikdə balıqçılıq … ABŞ-a gedən ilk yapon oxumağa davam et