Kancilərin etimologiyası #1

Salamlar, yeni yazı seriyasına başlayıram: “Kancilərin etimologiyası”. Bu yazı seriyasında tanıdığınız və ya tanımadığınız heroqliflərin mənşəyini araşdırmağa çalışacam. Başlayaq. 俳 (hai) – əyləncə, aktyor. “Hayyuu” (aktyor) və “hayku” sözlərinin yazılışında istifadə olunan bu kanci iki hissədən təşkil olunub. Birinci tərəfdə insan kancisi (人), ikinci tərəfində isə qeyri kancisi (非) yer alıb. Başqa sözlə, hərfi tərcümədə bu kanci “qeyri-insan” demək olmalıdır. Bəs kanci indiki mənasını necə … Kancilərin etimologiyası #1 oxumağa davam et

İlk türkçə-yaponca qrammatika kitabı və lüğəti haqqında

Osmalı və Yaponiya münasibətlərində ən əhəmiyyətli hadisə, şübhəsiz, 16 sentyabr 1890-cı ildə baş vermiş Ərtuğrul faciəsi olmuşdur. Məhz bu hadisədən sonra Yaponiyada Osmanlıya olan maraq güclənmiş, hətta bəziləri bu dövlətdə uzun müddət yaşamış, Osmanlıda da yapon dilinə maraq artmışdı. Ərtuğrul faciəsindən sonra “Jiji Shinpo” qəzeti üçün işləyən Noda Şotaro Yaponiyada faciə qurbanlarının ailələri üçün yığılan 4248,976 yen məbləği İstanbula gətirmişdir. Şotaro hadisədən sonra Osmanlı türkçəsinə … İlk türkçə-yaponca qrammatika kitabı və lüğəti haqqında oxumağa davam et

Yapon dilində holland mənşəli sözlər

Yapon dilində holland mənşəli sözlərin olması heç də təəccüblü hal deyil. Düzdür, yaponların təmasda olduqları ilk avropalılar portuqallar olsa da, hollandlar Yaponiyada daha böyük təsirə malik olmuşdular. Yapon dilində holland mənşəli sözlər Hollandiya Ost-İnd şirkətinin 1609-cu ildə Hiradoda fabrik açıb Yaponiya ilə ticarət etməsindən sonra peyda olmağa başlamışdır. 1640-cı ildə hollandlar Decimaya köçürülmüş və Yaponiyanın “sakoku” dövrü boyunca 1854-cü ilə kimi Yaponiyada qalmağa icazə verilən … Yapon dilində holland mənşəli sözlər oxumağa davam et