Yaponiya məbəd markaları | Şuin

Şuin (朱印) ibadət edənlərin, Şinto və buddist məbədlərini ziyarət edənlərin məbədlərdə və kitab evlərində satılan şuinço (朱印帳) adlı xüsusi kitabçalarda topladıqları möhür markalarıdır. Sözün yazılışındakı birinci kanci “qırmızı/narıcını mürəkkəb”, ikinci kanci isə “marka” deməkdir. Şuinlərin qiyməti 300-1000 yen arasında dəyişir, bəzi yerlərdə isə məbləğ əvəzinə maddi yardım istəyə bilərlər. Bu möhür markaları müxtəlif cür hazırlanır, lakin əvvəlcə dizayn səhifəyə damğalanır, daha sonra rahib və ya … Yaponiya məbəd markaları | Şuin oxumağa davam et

Yaponiyada ailə kirayələmə şirkəti

Yaponiyanın ən aktual müasir problemləri əhalinin qocalması, eləcə də, tənhalaşmadır. Hökumət bunların qarşısını almaq üçün tədbirlər axtararkən bəziləri maraqlı alternativlər tapıblar, hətta problemi biznesə çeviriblər. Yaponiyadakı “Familiy Romance” şirkəti məhz bununla bağlı qeyri-adiliyi ilə seçilir: bu şirkət “ailə üzvləri” kirayəyə verir. Şirkətin adı hətta Yaponiyadan xaricdə də hallanır. Ad gününə “oğul” və ya səhər yeməyinə “ər” axtaran istənilən şəxs şirkətə müraciət edib tənhalıqdan qurtulmağa çalışır. … Yaponiyada ailə kirayələmə şirkəti oxumağa davam et