Yaponiya məbəd markaları | Şuin

Şuin (朱印) ibadət edənlərin, Şinto və buddist məbədlərini ziyarət edənlərin məbədlərdə və kitab evlərində satılan şuinço (朱印帳) adlı xüsusi kitabçalarda topladıqları möhür markalarıdır. Sözün yazılışındakı birinci kanci “qırmızı/narıcını mürəkkəb”, ikinci kanci isə “marka” deməkdir. Şuinlərin qiyməti 300-1000 yen arasında dəyişir, bəzi yerlərdə isə məbləğ əvəzinə maddi yardım istəyə bilərlər. Bu möhür markaları müxtəlif cür hazırlanır, lakin əvvəlcə dizayn səhifəyə damğalanır, daha sonra rahib və ya … Yaponiya məbəd markaları | Şuin oxumağa davam et

Yapon komiks personajları | Sunfire

Komikslə, xüsusilə Marvel Comicslə xeyli maraqlandığımdan bu marağımı Yaponiya marağımla birləşdirib bu rubrikanı ortaya çıxarmaq qərarına gəldim. Əslində bu rubrikaya sadəcə təkcə Marvel Comics personajlarını daxil etmək istəsəm də, sonradan fikrimi dəyişdim. Ümumiyyətlə, Marvel kainatında yapon personajlar az deyil, amma tanınmışları çox da deyil. Rubrikanı fikirləşərkən fikir verdim ki, yapon Marvel Comics personajlarının çoxunun X-Menlə əlaqəsi var, mutantdırlar. Rubrikanın birinci personajı Sunfire (Gün alovu) adlı … Yapon komiks personajları | Sunfire oxumağa davam et

Üzsüz yapon kuklası Sarubobo

Yaponiyada kuklalar olduqca populyardır. Yaponiya kuklaları içində ən məşhuru kimi Daruma kuklalarıdır. Lakin bu dəfə tam fərqli kuklalardan danışmaq istəyirəm. Sarubobo kuklalarından. Sarubobo əsasən Gifu prefekturasının Takayama şəhərində amulet kimi istifadə olunan yapon kukladır. Sarubobo qırmızı, insan formalı kukladır, üzü olmur, müxtəlif ölçülərdə hazırlanır. Ənənəvi olaraq, sarubobolar nənələr tərəfindən nəvələri üçün kukla kimi və ya qızları üçün yaxşı evlilik, yaxşı uşaqlar gətirməsi üçün hazırlanır. Bundan əlavə, … Üzsüz yapon kuklası Sarubobo oxumağa davam et

Palçıqdan kürə hazırlama sənəti: Dorodanqo

Yaponlar bəlkə də hər şeyi sənətə çevirən yeganə xalqdır. Adicə palçıq belə onların gözündən qaçmır. Bu yazımda Dorodanqo sənətindən bəhs edəcəm. Dorodanqo ( 泥だんご ) yapon dilindən tərcümədə “palçıqdan xəmir” deməkdir. Bu sənət torpaqdan və sudan istifadə edərək bilyard şarını xatırladan kürə əmələ gətirməkdən ibarət olan yapon sənətidir. Bu sənət 2001-ci ildə populyar olmağa başlamışdır. Burada əsas məsələ torpaqla təmasdır. Əsasən məktəblərdə uşaqlara hobbi kimi öyrədilirdi. Lakin daha sonra … Palçıqdan kürə hazırlama sənəti: Dorodanqo oxumağa davam et

Qibli muzeyi

Yaponiyada anime istehsalı ilə məşğul olan xeyli studiya var. Xüsusilə fikir vermişəm ki, son illərdə onların sayında xeyli artış var. İndiki anime istehsalçılarının çox azı köklü tarixə malikdir. Lakin animeyə bələd olan hər bir şəxs Studio Ghibli-nin gücündən xəbərdardır. Bu studiyanın məşhurluğu onlar üçün bir muzeyin də açılmasını səbəb olub)). Qibli muzeyi Yaponiyanın Tokio şəhərinin qərbində yerləşən Mitaka şəhərindəki İnokaşira parkında yerləşir. Muzey kompleksi uşaqlar … Qibli muzeyi oxumağa davam et