700 illik bazar | Nişiki bazarı

Bu dəfə Kioto şəhərinin maraqlı bir yerindən danışacam: Nişiki bazarı (錦市場). Bazar Şico küçəsinin şimalında ona paralel və Teramaçi küçəsinin qərbində yerləyir. Buranı bəzən "Kiotonun mətbəxi" adlandırırlar. Burada ilk dəfə 1310-cu ildə burada bir neçə adi balıqçı dükkanı açılıb. Lakin növbəti əsrlər boyunca elə genişlənib ki, şəhərin əsas dəniz məhsulları və yerli məhsullar satılan nöqtəsinə... Continue Reading →

Zınqırovlu ilandan hazırlanan likör | Habuşu

Okinava mətbəxinin Yaponiyada ayrıca yeri var. Bu mətbəxdə bir çox yemək insanı təəccübləndirə bilər. Hətta Yaponiyanın içində belə. Mətbəxin maraqlı içkilərindən biri də Habuşu (ハブ酒) içkisidir. Habuşu Yaponiyanın Okinava prefekturasına məxsus avamoriyə əsaslanan likör növüdür. İçkinin digər adları Habu sakesi və ya Okinava ilan şərabıdır. Habuşu elmi adı Trimeresurus flavoviridis olan habu ilanının şərəfinə adlandırılıb.... Continue Reading →

Yaponiyanın qara qarpızları | Densuke

İsrail tumsuz qarpızları, Yaponiya isə kub şəkilli qarpızları ilə tanınır… bir dəqiqə… Yaponiyada başqa qəribə qarpız çeşidi də var ki! Qara qarpızlar! Qara qarpızlar (Densuke) Yaponiyada olduqca nadir və bahalı qarpızlardır. Bu qarpızların dadına baxmaq üçün ortalama 250 ABŞ dollarınızdan keçməniz lazımdır. İqlimə və mühitə qarşı çox həssas olan bu qarpızlar ancaq Yaponiyanın Hokkaydo bölgəsində... Continue Reading →

WordPress.com Bloqu.

Yuxarı ↑

WordPress.com-da yeni veb saytını yarat
Başla: