ABŞ-a gedən ilk yapon | Con Manciro

Bu yazımda ABŞ-da olmuş ilk yaponlardan olan Con Mancirodan və ya Yaponiyada tanınan adı ilə Nakahama Mancirodan bəhs edəcəm. XIX əsrin II yarısına kimi Yaponiyadan nəinki ABŞ-a, hətta digər ölkələrə gedənləri ölüm cəzası təhlükəsi gözləyirdi. Mancironun ABŞ-a gedişi də tam təsadüf nəticəsində olub. Tosa əyalətinin Nakanohama kəndindən (hazırda Koçi prefekturasında yerləşir) adi balıqçı olan Manciro 1841-ci ildə 14 yaşında olarkən 4 dostu ilə birlikdə balıqçılıq … ABŞ-a gedən ilk yapon | Con Manciro oxumağa davam et

İvami Qinzan gümüş mədəni

İvami Qinzan (石見銀山) Yaponiyanın Şimane prefekturasının Oda şəhərində yerləşən gümüş mədənidir. Qinzan sözü elə “gümüş” və “dağ” heroqliflərinin birləşməsindən ibarətdir. Bu mədən Yaponiya tarixində ən böyük gümüş mədəni olub və kəşf edildiyi 1526-cı ildən bağlandığı 1923-cü ilə kimi düz 397 il istifadədə olub! Mədənin kəşfi tacir Kamiya Cuteyin adı ilə bağlıdır. Mədəni 1526-cı ildə o kəşf edib, hətta daha sonra Hafukiho metodu adlanacaq Çin gümüş … İvami Qinzan gümüş mədəni oxumağa davam et

Yaponiyada türk-tatar diasporu haqqında bir neçə cümlə

  Yuxarıdakı Yaponiyada yaşayan türk-tatar diasporunun 1933-1934-cü illərdə Tokio şəhərində çəkilmiş fotosudur. Ən qabaqda əyləşən 3 şəxs Yaponiyada türk-tatar diasporunun tarixində əhəmiyyətli rol oynamış şəxslərdir: Əbdürrəşid İbrahim əfəndi, Muhamməd Abdulhay Qurbanali və Ayaz İshaki. Onların hər birinin Yaponiya fəaliyyəti haqqında bir az danışmaq istəyirəm. Birincisi, Əbdürrəşid İbrahim əfəndi haqqında. Özüidil-ural türklərindən olub və Yaponiyanın Rusiya müsəlmanları ilə əlaqələr yaratmasını təmin edən şəxsdir. Osmanlı dövründə Yaponiya … Yaponiyada türk-tatar diasporu haqqında bir neçə cümlə oxumağa davam et

Britaniyanın Yaponiyadakı ilk səfiri | Rezerford Alkok

Bu yazımda çox tanınmış şəxs olmasa da, Britaniya-Yaponiya münasibətlərində əhəmiyyətli şəxs olmuş bir nəfər – Rezerford Alkokdan bəhs edəcəm. Rezerford Alkok 25 may 1809-cu ildə Londonda, Sent-Ceyms rayonunda həkim Tomas Alkokun və Merinin oğlu kimi anadan olub. Atası London yaxınlığındakı İlinqdə işləyirdi. Alkok böyüyəndən sonra atasının yolu ilə getmiş və həkim peşəsini seçmişdir. 1836-cı ildə Karlist müharibəsində döyüşən dəniz briqadasında cərrah işləyib və xidmətlərinə görə … Britaniyanın Yaponiyadakı ilk səfiri | Rezerford Alkok oxumağa davam et

Okinavanın simvolu | Şuri qəsri

Bu yazımda 5 gün öncə yanğın nəticəsində kül olan, Ryukyu krallığının 500 illik inzibati, mədəni və dini mərkəzi olmuş, YUNESKO-nun Dünya irsi siyahısına salınan, Okinavanın simvolu Şuri qəsrindən bəhs edəcəm. Şuri qəsri Yaponiyanın Okinava prefekturasının Şuri şəhərində yerləşən Ryukyu qusukusu stilində qəsrdir. Okinavanın simvollarından sonra qəsr buranın tarixində əhəmiyyətli rol oynayıb. Qəsrin tikilmə tarixi naməlumdur, lakin Sanzan dövründə (1322-1429) istifadə olunduğu dəqiqdir. Çox güman ki, … Okinavanın simvolu | Şuri qəsri oxumağa davam et

Sevgisinə görə edam olunan qız | Oşiçi

Bu yaxınlarda Yaponiyada XVII əsrdə baş vermiş bir hekayə mənim diqqətimi cəlb etdi. İstəyirəm həmin hekayə haqqında danışım. Hekayə Yaoya Oşiçi (八百屋お七) adlı 16 yaşlı gənc qız haqqındadır. Yaoya yaponca səbzəvatçı deməkdir. Tarobeyin qızıdır. 1667-ci ildə anadan olub. Edo dövrünün əvvəllərində Edodakı Honqo ərazisində yaşayırdı. Oşiçi sevdiyi oğlana görə törətdiyi qəsdən yandırma cinayətinə 1683-cü ildə görə payaya bağlanaraq yandırılıb. Hekayəsi bir çox coruri tamaşasına mövzu olmuşdur. Hekayə bundan ibarət olur ki, … Sevgisinə görə edam olunan qız | Oşiçi oxumağa davam et

Meyci dövründən Yaponiya mənzərələri

Photos of Japan mənim yeni kəşf etdiyim saytlardan biridir. Saytda Meyci dövrünə dair tarixi Yaponiya fotoları paylaşırlar. Bu saytda ən bəyəndiyim bölmə Mənzərələr bölməsidir. Mənzərə + Yaponiya + Nostalji formulu məni əfsunlaryır)) Bu yazımda həmin saytdan bəzi tarixi mənzərə fotolarını paylaşacam. Meyci dövründən Yaponiya mənzərələri oxumağa davam et