Haqqımda

Konniçiva! Hajimemashita! Salamlar! Adım Serkan Şentürkdür. Bu bloqun müəllifi və tək yazıçısıyam. Özüm 4 fevral 1999-cu ildə anadan olmuşam, hazırda Bakıda yaşayıram və Bakı Dövlət Universitetində təhsil alıram.

Boş vaxtlarım çox olur və bu vaxtlarımı hobbilər, eləcə də, mənə maraqlı gələn şeylərə sərf etməyi sevirəm. Bir şeyin mənə maraqlı gəlməsinin mexanizmi haqqında beynimdə konkret fikir yoxdur, eləcə də, bu bloqun yaranma səbəbi olan Yaponiyaya sevgimin səbəbi haqqında da. Tək bildiyim bu sevdanın başlanğıcı hardan gəlir. Çoxunun da bloqa girib bu yazını oxumamış Yaponiyanı öyrənmə həvəsimin anime izləməklə əsasının qoyulduğunu təxmin edə bilərsiz. İnanın ki, 2015-ci ilin yayında “Sailor Moon Crystal” ilə bünövrəsi qoyulan anime macəram başlayana qədər adicə Yaponiya, Çin və Koreya mədəniyyətlərini fərqləndirə bilmirdim.

Bəli, anime izləyicisiyəm. Həm də elə-beləsindən deyil, xəbərlərini oxuyuram, haqqında detallarını qurdalıyıram. İndiyə qədər 300-dən çox anime (MyAnimeList-ə görə) izləmişəm. “Fullmetal Alchemist: Brotherhood”, “Steins;Gate”, “Shingeki no Kyojin”, “One Punch Man”, “Sword Art Online”, “Death Note”, “Code Geass” və s. kimi favorit animelərim var. Manqa oxumağıma gəldikdə isə təəssüf ki, bu sahədə çox yol qət edə bilməmişəm. Lakin “Battle Angel Alita”, “Beelzebub” və “Battle Royale” oxuduğum ən yaxşı manqalar idi məncə.

Anime izləmək istər-istəməz məndə Yaponiyaya qarşı qəribə hisslər yaşamağıma başladı. Dilinə, musiqisinə, coğrafiyasına, mədəniyyətinə və s. sevgi deyəsən anime vasitəsilə yaranıb desəm, yanılmaram. Yaponiya sevgimin yarandığı 2015-ci ildən 3 il sonra 2018-ci ilin yayında yapon dili öyrənməyə başladım, dekabr ayında N5 səviyyəsi aldım. Möhtəşəm şəkildə dili bilmirəm, lakin çalışırıq)) Kancilər və qrammatika dəhşət insanı yorur))

Bu bloqumda Yaponiya haqqında qabağıma çıxan maraqlı məlumatlardan yazmağa çalışıram. Bəzən Yaponiya film tənqidlərindən də yazıram. Kafama görə takılıram)) Bu arada, bloqumda olan yazıların çoxunu həm də Vikipediyaya da yerləşdirirəm. Axtarışa versəz, yəqin asanlıqla taparsız. Bloqumda hər hansı yazı sizə kömək etdisə, nə əla 🙂

Təklifləriniz və iradlarınız üçün senturk2015@mail.ru elektron poçt ünvanıma yaza bilərsiniz))