Yaponiyada türk-tatar diasporu haqqında bir neçə cümlə

  Yuxarıdakı Yaponiyada yaşayan türk-tatar diasporunun 1933-1934-cü illərdə Tokio şəhərində çəkilmiş fotosudur. Ən qabaqda əyləşən 3 şəxs Yaponiyada türk-tatar diasporunun tarixində əhəmiyyətli rol oynamış şəxslərdir: Əbdürrəşid İbrahim əfəndi, Muhamməd Abdulhay Qurbanali və Ayaz İshaki. Onların hər birinin Yaponiya fəaliyyəti haqqında bir az danışmaq istəyirəm. Birincisi, Əbdürrəşid İbrahim əfəndi haqqında. Özüidil-ural türklərindən olub və Yaponiyanın Rusiya müsəlmanları ilə əlaqələr yaratmasını təmin edən şəxsdir. Osmanlı dövründə Yaponiya … Yaponiyada türk-tatar diasporu haqqında bir neçə cümlə oxumağa davam et

Britaniyanın Yaponiyadakı ilk səfiri | Rezerford Alkok

Bu yazımda çox tanınmış şəxs olmasa da, Britaniya-Yaponiya münasibətlərində əhəmiyyətli şəxs olmuş bir nəfər – Rezerford Alkokdan bəhs edəcəm. Rezerford Alkok 25 may 1809-cu ildə Londonda, Sent-Ceyms rayonunda həkim Tomas Alkokun və Merinin oğlu kimi anadan olub. Atası London yaxınlığındakı İlinqdə işləyirdi. Alkok böyüyəndən sonra atasının yolu ilə getmiş və həkim peşəsini seçmişdir. 1836-cı ildə Karlist müharibəsində döyüşən dəniz briqadasında cərrah işləyib və xidmətlərinə görə … Britaniyanın Yaponiyadakı ilk səfiri | Rezerford Alkok oxumağa davam et

Okinavanın simvolu | Şuri qəsri

Bu yazımda 5 gün öncə yanğın nəticəsində kül olan, Ryukyu krallığının 500 illik inzibati, mədəni və dini mərkəzi olmuş, YUNESKO-nun Dünya irsi siyahısına salınan, Okinavanın simvolu Şuri qəsrindən bəhs edəcəm. Şuri qəsri Yaponiyanın Okinava prefekturasının Şuri şəhərində yerləşən Ryukyu qusukusu stilində qəsrdir. Okinavanın simvollarından sonra qəsr buranın tarixində əhəmiyyətli rol oynayıb. Qəsrin tikilmə tarixi naməlumdur, lakin Sanzan dövründə (1322-1429) istifadə olunduğu dəqiqdir. Çox güman ki, … Okinavanın simvolu | Şuri qəsri oxumağa davam et

Yaponiyanın ən məşhur 10 şəlaləsi

Bilmirəm, nə hikmətdir, Yaponiya şəlalə baxımından heç korluq çəkmir) Bizdə gözəl şəlalə deyən kimi ən çox 10 şəlalə saya bilərik, Yaponiyada isə bu cür şəlalələrin sayı 100-dən çoxdur. Bu yazımda top-10 Yaponiya şəlaləsi haqqında yazmaq istəyirəm. Fukuroda şəlaləsi İbaraki prefekturasında, Dayqo şəhərinin yaxınlığında yerləşir. Şəlalənin yaranmasına səbəb olan çay Taki çayıdır. Hündürlüyü 120 metrdir. Eni isə 73 metr təşkil edir. Bir sorğuda Yaponiyanın ən gözəl … Yaponiyanın ən məşhur 10 şəlaləsi oxumağa davam et

700 illik bazar | Nişiki bazarı

Bu dəfə Kioto şəhərinin maraqlı bir yerindən danışacam: Nişiki bazarı (錦市場). Bazar Şico küçəsinin şimalında ona paralel və Teramaçi küçəsinin qərbində yerləyir. Buranı bəzən “Kiotonun mətbəxi” adlandırırlar. Burada ilk dəfə 1310-cu ildə burada bir neçə adi balıqçı dükkanı açılıb. Lakin növbəti əsrlər boyunca elə genişlənib ki, şəhərin əsas dəniz məhsulları və yerli məhsullar satılan nöqtəsinə çevrilib. Burada bəzi ailələr neçə nəsildir ki, mağazalarını idarə edirlər. … 700 illik bazar | Nişiki bazarı oxumağa davam et

Yaponiyada ailə kirayələmə şirkəti

Yaponiyanın ən aktual müasir problemləri əhalinin qocalması, eləcə də, tənhalaşmadır. Hökumət bunların qarşısını almaq üçün tədbirlər axtararkən bəziləri maraqlı alternativlər tapıblar, hətta problemi biznesə çeviriblər. Yaponiyadakı “Familiy Romance” şirkəti məhz bununla bağlı qeyri-adiliyi ilə seçilir: bu şirkət “ailə üzvləri” kirayəyə verir. Şirkətin adı hətta Yaponiyadan xaricdə də hallanır. Ad gününə “oğul” və ya səhər yeməyinə “ər” axtaran istənilən şəxs şirkətə müraciət edib tənhalıqdan qurtulmağa çalışır. … Yaponiyada ailə kirayələmə şirkəti oxumağa davam et

Yaponiyanın ən dərini | Tazava gölü

Yaponiyanın ən böyük gölü və ən tanınmış gölü Biva gölüdür. Bu göl həm də tarixi əhəmiyyəti ilə məşhurdur. Bu dəfə haqqında danışacağım Tazava göl Biva kimi məşhur olmasa da, Yaponiyanın ən dərin gölü hesab olunur. Bu göllə bağlı üzücü məqam isə insan fəaliyyətlərinin qurbanı olmasıdır(( Tazava gölü (田沢湖) Akita prefekturasının Senboku şəhərinin yaxınlığında yerləşir. Şimalında Tovada-Haçimantay Milli Parkı var. Yaxınlıqda yerləşən, ölkənin ən böyük kaldera … Yaponiyanın ən dərini | Tazava gölü oxumağa davam et