Film | Drunken Angel

Yaponiya bloqun olub, hər hansı Akira Kurosava filmindən bəhs etməmək günahdır. Bu dəfə onun “Drunken Angel”, yaponca adı ilə “Yoidore Tenshi” (酔いどれ天使) və ya azərbaycan adı ilə “Sərxoş mələk” filmi haqqında danışacam. Film yakuza filmidir. Baş rollarda Toşiro Mifune və Takaşi Şimura kimi tanınmış yapon aktyorlar var. Filmin mövzusu belədir: Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan Sanada sərxoş, lakin hamıya kömək etməyəcə can atan həkimdir. Buna … Film | Drunken Angel oxumağa davam et

Sevgisinə görə edam olunan qız | Oşiçi

Bu yaxınlarda Yaponiyada XVII əsrdə baş vermiş bir hekayə mənim diqqətimi cəlb etdi. İstəyirəm həmin hekayə haqqında danışım. Hekayə Yaoya Oşiçi (八百屋お七) adlı 16 yaşlı gənc qız haqqındadır. Yaoya yaponca səbzəvatçı deməkdir. Tarobeyin qızıdır. 1667-ci ildə anadan olub. Edo dövrünün əvvəllərində Edodakı Honqo ərazisində yaşayırdı. Oşiçi sevdiyi oğlana görə törətdiyi qəsdən yandırma cinayətinə 1683-cü ildə görə payaya bağlanaraq yandırılıb. Hekayəsi bir çox coruri tamaşasına mövzu olmuşdur. Hekayə bundan ibarət olur ki, … Sevgisinə görə edam olunan qız | Oşiçi oxumağa davam et

Yapon komiks personajları | Sunfire

Komikslə, xüsusilə Marvel Comicslə xeyli maraqlandığımdan bu marağımı Yaponiya marağımla birləşdirib bu rubrikanı ortaya çıxarmaq qərarına gəldim. Əslində bu rubrikaya sadəcə təkcə Marvel Comics personajlarını daxil etmək istəsəm də, sonradan fikrimi dəyişdim. Ümumiyyətlə, Marvel kainatında yapon personajlar az deyil, amma tanınmışları çox da deyil. Rubrikanı fikirləşərkən fikir verdim ki, yapon Marvel Comics personajlarının çoxunun X-Menlə əlaqəsi var, mutantdırlar. Rubrikanın birinci personajı Sunfire (Gün alovu) adlı … Yapon komiks personajları | Sunfire oxumağa davam et

Zınqırovlu ilandan hazırlanan likör | Habuşu

Okinava mətbəxinin Yaponiyada ayrıca yeri var. Bu mətbəxdə bir çox yemək insanı təəccübləndirə bilər. Hətta Yaponiyanın içində belə. Mətbəxin maraqlı içkilərindən biri də Habuşu (ハブ酒) içkisidir. Habuşu Yaponiyanın Okinava prefekturasına məxsus avamoriyə əsaslanan likör növüdür. İçkinin digər adları Habu sakesi və ya Okinava ilan şərabıdır. Habuşu elmi adı Trimeresurus flavoviridis olan habu ilanının şərəfinə adlandırılıb. Bu ilan zınqırovlu ilanlar yarımfəsiləsindəndir. Habu ilanları çox zəhərlidirlər, Cənub-şərqi … Zınqırovlu ilandan hazırlanan likör | Habuşu oxumağa davam et

Meyci dövründən Yaponiya mənzərələri

Photos of Japan mənim yeni kəşf etdiyim saytlardan biridir. Saytda Meyci dövrünə dair tarixi Yaponiya fotoları paylaşırlar. Bu saytda ən bəyəndiyim bölmə Mənzərələr bölməsidir. Mənzərə + Yaponiya + Nostalji formulu məni əfsunlaryır)) Bu yazımda həmin saytdan bəzi tarixi mənzərə fotolarını paylaşacam. Meyci dövründən Yaponiya mənzərələri oxumağa davam et

Yaponiyanın pişik adaları

Yaponiyada heyvanlarla bağlı bir çox maraqlı yerlər görə bilərisiz. Narada küçədə dolaşan ceyranlar, onsenlərdə yuyunan qar meymunları, Tokiodakı dovşan kafeləri… Yaponiyada pişiklərlə bağlı maraqlı məqam isə Pişik adaları və ya yaponca Nekoşimalardır. Bəziləri Yaponiyada pişik adasının olduğundan xəbərdar olsa da, əslində Yaponiyada sadəcə bir dənə pişik adası yoxdur. Ən məşhur pişik adası Ehime prefekturasında yerləşən Aoşima adasıdır. Taşirocima isə ikinci ən məşhur pişik adasıdır. Son … Yaponiyanın pişik adaları oxumağa davam et

Yaponiyanın qara qarpızları | Densuke

İsrail tumsuz qarpızları, Yaponiya isə kub şəkilli qarpızları ilə tanınır… bir dəqiqə… Yaponiyada başqa qəribə qarpız çeşidi də var ki! Qara qarpızlar! Qara qarpızlar (Densuke) Yaponiyada olduqca nadir və bahalı qarpızlardır. Bu qarpızların dadına baxmaq üçün ortalama 250 ABŞ dollarınızdan keçməniz lazımdır. İqlimə və mühitə qarşı çox həssas olan bu qarpızlar ancaq Yaponiyanın Hokkaydo bölgəsində yetişir və dadına baxanlar bildirirlər ki, adi qarpızlardan daha şirindir … Yaponiyanın qara qarpızları | Densuke oxumağa davam et