Yaponiyanın məbəd markaları

Şuin (朱印) ibadət edənlərin, Şinto və buddist məbədlərini ziyarət edənlərin məbədlərdə və kitab evlərində satılan şuinço (朱印帳) adlı xüsusi kitabçalarda topladıqları möhür markalarıdır. Sözün yazılışındakı birinci kanci “qırmızı/narıcını mürəkkəb”, ikinci kanci isə “marka” deməkdir. Şuinlərin qiyməti 300-1000 yen arasında dəyişir, bəzi yerlərdə isə məbləğ əvəzinə maddi yardım istəyə bilərlər. Bu möhür markaları müxtəlif cür hazırlanır, lakin əvvəlcə dizayn səhifəyə damğalanır, daha sonra rahib və ya … Yaponiyanın məbəd markaları oxumağa davam et

Sevgi məbədi Cişu-Cinca

Bu yazımda maraqlı xüsusiyyətləri ilə diqqət cəlb edən, turistlərin sevimli məkanlarından Cişu-Cinca məbədi haqqında danışacam. Cişu-Cinca məbədi Kioto şəhərində yerləşən ən qədim məbəd hesab olunur. Tarixi o qədər qədimdir ki, hətta Yaponiyanın quruluş tarixindən də öncə mövcud olduğu düşünülür. Məbədin diqqət cəlb edən tərəfi sevgi və münasibətlər kamisinə həsr olunmasıdır. Məbəd özü daxili və xarici binalardan ibarətdir. Daxili bina Nara stilində tikilib və kami Okuninuşiyə … Sevgi məbədi Cişu-Cinca oxumağa davam et