Britaniyanın Yaponiyadakı ilk səfiri | Rezerford Alkok

Bu yazımda çox tanınmış şəxs olmasa da, Britaniya-Yaponiya münasibətlərində əhəmiyyətli şəxs olmuş bir nəfər – Rezerford Alkokdan bəhs edəcəm. Rezerford Alkok 25 may 1809-cu ildə Londonda, Sent-Ceyms rayonunda həkim Tomas Alkokun və Merinin oğlu kimi anadan olub. Atası London yaxınlığındakı İlinqdə işləyirdi. Alkok böyüyəndən sonra atasının yolu ilə getmiş və həkim peşəsini seçmişdir. 1836-cı ildə Karlist müharibəsində döyüşən dəniz briqadasında cərrah işləyib və xidmətlərinə görə … Britaniyanın Yaponiyadakı ilk səfiri | Rezerford Alkok oxumağa davam et

Okinavanın simvolu | Şuri qəsri

Bu yazımda 5 gün öncə yanğın nəticəsində kül olan, Ryukyu krallığının 500 illik inzibati, mədəni və dini mərkəzi olmuş, YUNESKO-nun Dünya irsi siyahısına salınan, Okinavanın simvolu Şuri qəsrindən bəhs edəcəm. Şuri qəsri Yaponiyanın Okinava prefekturasının Şuri şəhərində yerləşən Ryukyu qusukusu stilində qəsrdir. Okinavanın simvollarından sonra qəsr buranın tarixində əhəmiyyətli rol oynayıb. Qəsrin tikilmə tarixi naməlumdur, lakin Sanzan dövründə (1322-1429) istifadə olunduğu dəqiqdir. Çox güman ki, … Okinavanın simvolu | Şuri qəsri oxumağa davam et

Meyci dövründən Yaponiya mənzərələri

Photos of Japan mənim yeni kəşf etdiyim saytlardan biridir. Saytda Meyci dövrünə dair tarixi Yaponiya fotoları paylaşırlar. Bu saytda ən bəyəndiyim bölmə Mənzərələr bölməsidir. Mənzərə + Yaponiya + Nostalji formulu məni əfsunlaryır)) Bu yazımda həmin saytdan bəzi tarixi mənzərə fotolarını paylaşacam. Meyci dövründən Yaponiya mənzərələri oxumağa davam et

Havay adaları yaponları

Hal-hazırda yaponlar Havay adaları əhalisinin beşdə birini əhatə edir. Onların bura ilk gəlişləri haqqında bir yazı yazmışdım. İndi isə yaponların Havay adalarına ilk rəsmi gəlişləri, Yaponiya ilə Havay adaları arasındakı siyasi münasibətlər haqqında yazmaq istəyirəm. Yaponların İnavaka-maru gəmisi ilə Havay adalarına ilk gəlişindən təxminən 60 il sonra 1866-cı ildə holland əsilli amerikalı Yucin Miller Van Rid Havay krallığının nümayəndəsi kimi Yaponiyaya gəlmişdir. O, rəsmi Havay-Yaponiya … Havay adaları yaponları oxumağa davam et

Yaponların Havay adalarına ilk gəlişi: İnavaka-maru hekayəsi

Yaponiya və Havay adaları deyəndə ağla ən birinci ABŞ-ın İkinci dünya müharibəsinə girməsinə səbəb olan Pörl Harbor hücumu yada düşür. Lakin maraqlıdır ki, məhz Havay adaları etnik baxımdan ABŞ-da yaponların ən çox yaşadığı ştatdır. 2010-cu ilin statistikasına görə Havay adalarında 312.292 yapon yaşayır. Yaponiya ilə Havay adaları arasında 6611 kilometr məsafə və Sakit okean olduğu üçün bu iki ölkənin tanışlığı nisbətən gec – 1806-cı ildə … Yaponların Havay adalarına ilk gəlişi: İnavaka-maru hekayəsi oxumağa davam et

Yaponiyanın nüvə silahı proqramı

İkinci dünya müharibəsi sadəcə silahların deyil, elmi və texnologiyanın da döyüşdürüldüyü böyük bir mübarizə meydanı idi. Nüvənin daxilindəki enerjinin silah potensialının kəşfi ilə müharibənin başlanğıcının eyni vaxta düşməsi sanki nəyəsə işarə idi. Çoxuna məlumdur ki, bu məhvedici silahı ilk istifadə edən amerikalılar oldular. Amma həmin yolda onlar tək irəliləmirdilər. Bu məqaləmdə çoxunun xəbərsiz olduğu Yaponiyanın nüvə silahı proqramının İkinci dünya müharibəsindəki gedişindən və hazırkı vəziyyətindən … Yaponiyanın nüvə silahı proqramı oxumağa davam et